Qadin.NET / Beyin sağlamlığı üçün 3 tövsiyə

Beyin sağlamlığı üçün 3 tövsiyə

 

 

Beyin sağlamlığı üçün 3 tövsiyə



 

Davamlı yürüş

Aerobika ilə məşğul olarkən beynə axan qan miqdarı artır. Bunun nəticəsində beyin yeni neyronlar istehsal edir və neyronlar arasındakı əlaqə güclənir. 2013-cü ildə Maryland Universitetində aparılan araşdırmada davamlı idman edərək qan axışını sürətləndirən insanların hafizəsinin gücləndiyi müşahidə olunmuşdur.  

Hər gün yarım saat çox yormayan yürüş, beyin sağlamlığınızı qoruyacaq.

 

Beyin sağlamlığı üçün 3 tövsiyə



 

Sağlam qidalarla qidalanın

Omeqa3 kimi yağlı asitlərin beyni inkişaf etdirdiyini göstərən bir çox araşdırma var. Omeqa3 beyin üçün olduqca faydalıdır. Omeqa3 baxımından zəngin olan qidalar: Somon balığı, yumurta, badam, qoz, dəniz məhsulları.

Bundan əlavə, flavanoid adlı antioksidan baxımından zəngin olan tərəvəz və meyvələr də beyin sağlamlığı üçün çox vacibdir. Alzheimer kimi öyrənmədə geriləmə ilə müşahidə olan xəstəliklərə faydalıdır. Flavanoid baxımından zəngin olan qidalar: yaşıl və qara çay, banan, çiyələk və böyürtkən, soğan, alma, limon, cəfəri, qırmızı şərab, şokolad.

 

Beyin sağlamlığı üçün 3 tövsiyə



 

Hər gün meditasiya ilə məşğul olun

Meditasiya neyronların yenilənməsinə kömək edər. Massachusetts xəstəxanasında aparılan araşdırmada 8 həftə meditasiya ilə məşğul olmağın beyində öyrənmə, hafizə, duyğular, şüur kimi mərkəzlərdəki boz maddənin artmasına kömək etdiyi sübut olunmuşdur.

4 iyun 2019
GO BACK