Yayda dəri xəstəliklərindən qorun.
Dəri xəstəliklərinə daha çox yay aylarında rast gəlinir. İnsanların təbiətlə daha çox təmasda olması onların çoxlu virusa yoluxmalarına gətirib çıxarır. Günəş şüası isə dəri xəstəliklərinin müalicəsi çox çekir. Onlar zədələyici təsirə malikdirlər. Virus tez bir zamanda yayılır və bəzən də epidemiya xarakteri daşıyır. Bəzən kiçik bir qızartı böyük, dəhşətli yaraya çevrilə bilər. Buna görə də dəri xəstəliklərinin qarşısını əvvəlcədən almaq vacibdir.
Piodermiya
Ağır dəri iltihabıdır. Xəstəlik zamanı dəridə irinli səpkilər əmələ gəlir. Bunların qarşısını ev şəraitində almaq mümkündür.
Dolama
Kəskin irinli, böyük yaradır. Əsasən, barmaqda rast gəlinir. Vaxtında müalicə olunmasa barmaqda dərin iz qala bilər.
Sənə 50 qr. kanifol, donuzun iç piyi və arı mumu lazım olacaq. İçərisi su ilə dolu olan qabı oda qoy. Su qaynayanda üstünə başqa bir qab qoyub, içərisinə arı mumunu və xırdalanmış kanifolu töküb, əriyənə qədər qarışdır. Sonda donuzun iç piyini əlavə edib ərit. Məlhəmi dolamanın üstünə qoyub, tənziflə sarı. 2 gündən sonra irin sağalacaq.
Ziyildən alma ilə qurtulmaq mümkündür
İnsan vücudunun müxtəlif yerində əmələ gələn ziyilləri yox etmək o qədər də asan deyil. Bəziləri bunun üçün cərrahi üsula əl atır. Amma ziyilləri ev şəraitində asanlıqla sağaltmaq mümkündür:
1 almanı götürüb, qabıqlarını soy. Almanı ye, qabıqları isə ziyilin üstünə sürtüb, gediş-gəlişin çox olduğu bir yerdə torpağa basdır. Alma qabığı çürüyüb torpağa qarışanda, ziyillər də yox olacaq.
Böyük bir soğanın ortasını oyub, içərisinə duz töküb saxla. Duz əriyəndən sonra alınan mayedən götürüb ziyilin üstünə sürt. Bu prosesi bir neçə gün təkrar et. Ziyil qopub, düşəcək.
İlk yardım
Təbii vasitələr
Ev şəraitində hazırlanan bu məlhəmlər səni həşərat dişləməsindən və başqa xoşagəlməz hallardan xilas edəcək.
Arı sancması
Əgər bədəninin hansısa yerini arı sancıbsa, oranı soyuq su ilə təmiz yuyub, üstünə soda qatılmış su ilə kompress qoymaq lazımdır.
Meduza dişləməsi
Yaranın üstünə sirkə tök. Sirkə həm zəhəri neytrallaşdıracaq, həm də ağrını aradan qaldıracaq.