Qadin.NET / Qara zirənin faydaları

Qara zirənin faydaları

Artıq 3000 ildən çoxdur ki, Şərqdə qara zirənin faydalarından, müalicəvi xüsusiyyətlərindən istifadə edilir. 1400 il bundan əvvəl Peyğəmbər (s.ə.s) bildirdiyi “Qara zirədə ölümdən başqa bütün xəstəliklərin şəfası vardır” hədisi bu yağın nə qədər faydalı olmasından xəbər verir. 
 Kimyəvi tərkibi:
Qara zirə yağının tərkib hissəsi 100-dən çox komponentdən ibarətdir: Myristic (0.5%), Palmitic (13.7%), Palmitoleic (0.1%), Stearic (2.6%), Oleic (23.7%), Linoleic (Omega-6)(57.9%), Omega-3 (0.2%), Arachidic (1.3%), zülal, kalsium, dəmir, mis, sink, fosfor, tiamin, ribofllavin, pyridoxine, niasin,f olasin və s.

 

Faydaları:

1.Qara zirənin üyüdülmüş dənələrinin balla qarışdırılmış halda istifadəsi öd kisəsi və böyrəklərdəki daşları əritməyə kömək edir.

2.Bağırsaq qurdlarını məhv edir.

3.Soyuqdəymədə qara zirəni qaynadaraq kompres hazırlayıb başa qoymaq kömək edir.

4.Tüstüsü ağcaqanadları və digər həşəratları uzaqlaşdırır.

5.Təzə çıxan xalların üzərinə qoymaqla onların inkişafının qarşısını almaq və dərini təmizləmək üçün istifadə olunur.

6.Qara zirənin qəbul edilməsi sümük iliyinin və immun sistemin həyat üçün vacib olan hüceyrələrinin yaranmasını stimullaşdırır, bu da birbaşa xərçəng xəstəliyinin qarşısının alınmasına xidmət edir.Xərçəng xəstəliyi olanlar hər səhər bir ədəd zirə soğanının şirəsini acqarına içsə, xəstəlikdən xilas olması iddia edilir.

7.Şəkərli diabetin qarşısını alır.

8.Həmçinin boğaz xərçəngi olan xəstələrin hər gün davamlı olaraq balla qara zirə yağı içməsi tövsiyə olunur.

9.İlan sancması zamanı zəhərə qarşı vasitədir.

10.Saç örtüyünü bərpa edir və ağarmasının qarşısını alır.

11.Böyümüş limfodüyünlərinin ölçülərini tənzimləyir.

12.Hepatit xəstəliyi olana ana südündə 1 saat isladılmış zirə dənələrini qoxlatmaq müsbət təsir edir.

13.Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün süsən çiçəyinin yağı ilə qarışdırılmış zirə dənələrini qoxlamaq lazımdır.

14.Əsəb sisteminə yaxşı təsir göstərir.

15.Qan dövranını və üzün rəngini yaxşılaşdırır.

16.Damar xəstəliklərinin müalicəsi,o cümlədən baş-beyin damarlarının sklerozunda güclü təsirə malikdir.

17.Körpə əmizdirən  anaların südünü artırır.

18.Sürtmə yolu ilə ziyilləri əridir.

19.Zökəm,təngnəfəsliyi,sarılığı və impotensiyanı müalıcə edir və s.

Xəbərin davamında konkret olaraq hansı xəstəliyə necə tətbiq etmək barəsində məlumat verəcəyəm.

19 avqust 2011
GO BACK