Qadin.NET / ANANASIN sağlamlığa xeyiri

ANANASIN sağlamlığa xeyiri

ANANASIN sağlamlığa xeyiri

Ananas geniş və slindirik səthli, nahamar, qəhvəyi-sarı rəngi olan bol lifli tropik bir meyvədir.

İlk dəfə Orta və Cənub Amerikada yetiştirilən ananas, Avropaya gətirildikdən sonra burada geniş şəkildə istifadə olunmağa başlayıb.

Ananas, hüceyrə itkisinin qarşısını alır və enerji istehsalına kömək edir

Həm meyvəsi kimi yeyilə bilər həm də şirəsi içilə bilər. Ananası salatlardada istifadə etmək olar. Banandan sonra Amerikada ən çox tələbat duyulan tropik meyvələr arasında ikinci yerdə durur.

Xərçəngə qarsı müsbət təsirə malik təzə ananasın tərkibində bromelin fermenti var. Bromelin zülal parçalayan və həzminə kömək edən bir fermentdir. İlk dəfə 1957-ci ildə aşkarlanıb və bir çox araştırmaların mövzusu olub. Tərkibində kükür olan bromelin fermenti yalnız zülal həzminə kömək etmir, eyni zamanda şişkinliyin və şişin artmasının qarşısını alır.

Təcrübələr ananasın xərçəng xəstəliyinin qarşısını aldığını da təsdiq edib. Ananasın gövdə və sap hissəsinin xüsusən yemək aralarında qəbul edilməsi daha yaxşı nəticə verir və bromelin fermentinin iltihab və şişin qarşısını alma xüsusiyyəti gücləndirir.

İmmun sistemin köməkçisi olan ananasın tərkibinə bioloji cəhətdən çox yararlı olan “C” vitamini daxildir. “C” vitamini antioksidant xüsusiyyəti ilə bədənə ziyan verən sərbəst radikalların təsirini azaldır və hüceyrə itkisinin qarşısını alır.

Yüksək səviyyədə sərbəst radikal damara ziyanlı sayılır və sümük hüceyrələrinə zərər verərək sümük xərçəngi riskini artarmaqla,oynaq ağrılarının müşahidə olunduğu xəstəliklərə səbəb olur.

Eləcə də baxa bilərsiniz:


Qreypfrutun sağlamlığa xeyiri


Bananın sağlamlığa xeyiri
9 aprel 2010
GO BACK