Bilirsinizmi ki, hansı vitamin ən “qadınsal” vitamin adlandırılır və adətən həmin vitamin qadınlara hamiləliyə hazırlıq dövründə təyin edilir? Bu E vitamini və yaxud tokoferoldur.
Progesteron kimi, E vitamini hamiləliyi qoruyur, plasentanın (dölün) inkişafını və fəaliyyətini yaxşılaşdırır, plansentanın damarlarını normallaşdırır, hamiləlik zamanı qadının cinsiyyət üzvlərinin fəaliyyətini yaxşılaşdırır, hormonal balansı stabil saxlamağa kömək edir və s.
Yeniyetmələrdə menstural siklin yaranması zamanı, E vitamini matkanın inkişafına təkan verir, hormonların stabilləşməsinə kömək olur və yumurtalıqlarda olan funksiya pozğunluğunu aradan qaldırır. Görəsən, E vitamini tək hamiləlik zamanımı orqanizmə kömək edir? Əlbəttə ki, yox. Məlumdur ki, E Vitamini :
1. Anemiyanın qarşısını alır.
2. Əzələ və əsəb sisteminin sağlam fəaliyyətinə kömək olur.
3.Menstruasiya öncəsi sindromlar (ağrılı menstruasiya) zamanı xeyirlidir.
4. Dəridə olan çat və yaraların əmələ gəlməsinin qarşısını alır.
5. Kapilyar və damarların divarlarını gücləndirir.
6. İmmun sisteminin funksiyasının tənzimləyir.
7. Hormon sintezinə kömək olur və s.
Hər kəsə məlumdur ki, E vitamini hamiləlik zamanı çox mühüm əhəmiyyətə malikdir. Bu vitaminin çatışmadıqda, gələcək analar, yorğunluq hiss edir, depressiya və tez qıcıqlanmaya meyilli olurlar. Tez-tez ayaqlarında ağrılar və qıcolmalar baş verir, və bu vitaminin çatışmadıqda uşaqsalma ehtimalı yüksək olur.
Xeyirli tərəflərindən başqa E vitaminin ziyanı da vardır. Belə ki, bu yaxınlarda alimlər təsdiq etmişlər ki, əgər qadın hamiləliyin əvvəlində yüksək dozada E vitamini qəbul edərsə, (14.9 mq dan artıq) həmin qadınların dünyaya gətirəcəyi körpədə ürək qüsurları olma ehtimalı böyükdür.
Nəzərinizə çatdırım ki, E vitamini beynəlxalq ölçü vahidi kimi qəbul edilmiş “ME” ilə hesablanır. Bəzən E vitaminini milliqramla (mq) təyin edirlər. 1milliqram təqribən 1.3-1.4 ME –yə bərabərdir.
E Vitamininin sutkalıq qəbulu
- Hamiləlik dövrü – 10 МЕ
- Ananın süd verdiyi dövrdə – 12 МЕ
- 1 yaşına qədən uşaqlar üçün - 3-5 mq
- 1-6 yaşlı uşaqlar üçün 1-6- 5-7 мq
- 7-17 yaşlı uşaqlar üçün 10-15 мq
- Qadınlar və kişilər üçün – 8 - 10 МЕ
E vitamini əsas qozda, bitki yağlarında, ispanaqda, qaraciyərdə, yumurta sarısında, süddə zəngindir. Amma daha çox bu vitamin heyvan mənşəli qidalardan mənimsənilir.
Nəzərinizə çatdırım ki, E vitamini işığa və oksigenə qarşı həssasdır və qidaların termiki emalı zamanı qidadakı vitaminin 55%-i itir.