- Xlorlanma və təmizlənməsi kifayət qədər olmayan hovuzlara girməyin
- Hovuzda üzərkən suyun ağzınıza getməsinə və onu udmamağa diqqət edin. Üzərkən saqqız çeynəməyin.
- Uşaq və böyüklərin hovuzlarının ayrı olduğu yerləri seçin.
- Yaş geyimlə uzun müddət oturmayın, mütləq qurulanın.
- Hovuzun kənarlarının, duş kabinlərinin təmizləndiyi yerləri seçin.
- Hovuzdan çıxdıqdan sonra duş alaraq üzərinizdəki mikrobları atın və təmiz geyimlər geyinin.
- Hovuzdan çıxan kimi qurulanın. Bəzi bakteriyaların inkişafında nəm böyük rol oyanyır.
- Hovuza girərkən mütləq qulaq tıxacından istifadə edin.
- Hər hansı qulaq infeksiyasına düçar olmusunuzsa, hovuza girməyin.
- Göz infeksiyasından qorunmaq üçün su eynəyindən istifadə edin.