Bəzi xüsusi testlər orqanizmin hansı halda olduğunu qiymətləndirə bilir. Həkimlər bunu tez – tez etməyi məsləhət görür.
1-Dərinizdə sıx qara ləkələr
Bir qayda olaraq, bu ləkələr zərərsizdir və çox vaxt nəsilliklə ötürülür. Lakin əgər bu ləkələr gün altında uzun müddət dayandıqdan sonra yaranmağa başlayıbsa , bu dəri xərçənginin erkən simptonlarından biri ola bilər. Mütləq dermatoloqa müraciət edin.
2-Soyuq ayaqlar
Soyuq ayaqlar damar xəstəliklərinin ilk əlamətlərindən hesab olunur. Hər zaman ayaq və əlləriniz çox soyuq olursa, bu halda həkimə müraciət edin.
3-Günəşsiz qaralma
Əgər günəşə çıxmadan dəriniz hər zaman olduğundan daha tünd olubsa bu zaman həkimə müraciət etməyə dəyər. Nadir hallarda bu, böyrək funksiyasının pozulmasına işarə ola bilər.
4-Adsız barmağın uzun olması
Əgər şəhadət barmağı adsız barmaqdan qısadırsa, bu ondan xəbər verir ki, ananız sizə hamilə olan zaman testosteronu yüksək olub. Nottingem universitetinin həkimləri isə hesab edirlər ki, bu insanlarda diz oynaqlarının iltihabına meyl vardır. Həmin insanlar ayaq əzələlərini hər zaman tonusda saxlamalıdırlar.
5-Şişkin boğaz
Əgər sizin qlandalarınız böyüməyibsə, lakin uzun müddətdir davam edən boğaz şişkinliyi varsa bu zob xəstəliyinin erkən simptomlarından sayıla bilər.
6-Çatlamış dodaqlar
Dodaqlardakı çat əsasən vitamin B və sink çatışmamazlığından irəli gəlir, lakin bu çatlar uzun müddətdən sonra yenə də keçib getmirsə bu zaman ora infeksiya düşmək ehtimalı var və həkimə müraciət etsəz daha yaxşıdır.
7-Erkən saç ağarması
Saçların erkən ağarması xəstəliklərlə bağlı ola bilər. Əgər sizin yaşınız 40-dan azdırsa və saçlarınızın 50%-dən çoxu ağarıbsa, bu zaman diabet xəstəliyindən yoxlanmağınız məsləhət görülür.