Qışda maye qəbuluna diqqət
Qış aylarında sərf etdiyiniz artıq enerjiyə qarşılıq, meyvələr və mayelər az istifadə edildiyi üçün sağlamlıqda müəyyən problemlər yaranır. İsti çay içmək istəyərkən, bitki çaylarından istifadə edə bilərsiniz. Kafeinsiz maye qəbulu artırmağınız arıqlamağınıza da kömək edəcək.
Formada qalmaq istəyənlərə tövsiyələr
- Səhər yeməyində yumurta, iki-üç dilim pendir, iki dilim çörək və yaşıl yarpaqlı tərəvəzləri qəbul edin. Protein qəbulu və keyfiyyəti çox vacibdir. Yumurta ana südündən sonra gələn ən keyfiyyətli protein qaynağıdır.
- Ara yeməklərdə isti şorba için.
- Günorta yeməyində bir porsiya qızartma, axşama da daha xəfif tərəvəzlər qəbul edin. Qış mövsümün tərəvəzləri olan kahı, brokoli immunitet sistemini gücləndirir.
- Salatınıza bol limon və nar turşusu qataraq həzmi artıra bilərsiniz.
- Xüsusilə, açıq havada idman etməyiniz ruhi sağlamlığınıza da müsbət təsir edəcək.
- Axşam oturarkən yeyəcəyiniz qidalara diqqət etməlisiniz. Bir stəkan patlamış qarğıdalı, bir ovuc ağ ləbləbi, bir ovuc badam arada yemək üçün əla ərzaqlardır.
- Yenə tam bir antibiotik olan soğan, sarımsağı qəbul etməyi unutmayın.
- Qış mövsümünün ən gözəl tərəvəzlərindən biri də kökdür.