Evdə hazırlayacağınız bu kremlə dabanlarınızdakı ölü dəriləri təmizləyə bilərsiniz.
Tərkibi:
3 yemək qaşığı düyü unu
1 çay qaşığı bal
2 damla alma sirkəsi
Hazırlanması və tətbiqi
Bütün ərzaqları bir kasada qarışdırın. Məcun halına düşəndə 5 dəqiqə soyuq bir yerdə saxlayın. Qarışım soyuyana qədər ayağınızı iliq suya qoyun. Daha sonra məcunla ölü dəriləri aparana qədər dabanlarınızı fırçalayın.
Bu üsulu həftədə 2 dəfə tətbiq edin.