Qış dəbinə uyğunlaşarkən əzələ və skelet sisteminizə zərər verib sağlamlığınızdan olmayın. Məsələn, qışın soyuğunda dar və sıx geyimlər hərəkət qabiliyyətinə təsir edir, əzələ və bağlarda zədələnməyə səbəb olur.
Gözəl amma zərərli
Son illərin dəbi olan qələm ətəklər xüsusilə yaz-qış kolleksiyalarının əvəzdilməzləri arasındadır. Ancaq buddan dizlərə qədər darlaşaraq davam edən bu ətəklər sinir sıxılmasına səbəb olur. Sinirlərin sıxılması nəticəsində keyləşmə, ağrı kimi hallar yarana bilir. Bu ətəklər eyni zamanda dizləri yaxınlaşdıraraq düzgün yeriməyə mane olur, diz və bel sağlamlığına mənfi təsir edir. Davamlı olaraq bu ətəkləri geyinməkdən çəkinin. Daha rahat və sıxmayan ətəkləkləri seçin.