Qadin.NET / Gözəl dişlər sağlam həyat deməkdir

Gözəl dişlər sağlam həyat deməkdir

 


Təəssüf ki, bir çoxumuz diş həkiminə yalnız diş ağrısı günümüzü qara edəndə üz tuturuq. Halbuki, sağlam dişlər də 2 dəfə xüsusi məcunlar və ultrasəs vasitəsilə peşəkar təmizlənmə prosedurundan keçməlidir. Yalnız bu üsulla zərərli mikrobların yetişdiyi diş ərpindən qurtulmaq olar.

Şəkər kariesin inkişafına yardım edən amillərdən biridir. Lakin şirniyyatla yanaşı, immunitet, ağız boşluğunun gigiyenası, bir sıra dərmanların qəbulu da xəstəliyin yaranmasına səbəb ola bilər. Bir sıra xəstəliklər, xüsusilə hormonal pozğunluqlar, şəkərli diabet, qalxanvari vəzin funksiyalarının pozulması da kariesin əmələ gəlməsinə təkan verir.

Ətraf mühit amilləri, əsasən də gunəşli günlərin sayı vacib amildir, çünki insan orqanizmində diş emalının strukturunun əsası sayılan kalsium mübadiləsinə cavabdeh olan D vitamini məhz günəş şüalarının təsiri altında hasil olunur.

Diş dağılmasının qarşısını necə almaq olar?

Gözəl dişlər sağlam həyat deməkdir

 

Bakteriyaların orqanizmdə dağıdıcı təsirindən qorunmaq üçün sadəcə gündə 2 dəfə, müntəzəm olaraq yatmazdan əvvəl və səhər yeməyindən sonra dişləri təmizləmək lazımdır. Bir şərtlə ki, dişlər düzgün fırçalansın, 3 dəqiqədən az olmamaq şərti ilə əvvəlcə bütün çeynəmə səthləri, onra süpürücü hərəkətlə üst dişlər - yuxarıdan aşağıya doğru, sonra alt dişlər aşağıdan yuxarıya doğru.Təmizlədikdən sonra ya fırça (yumşaq olmalıdır ki, damağı zədələməsin), ya da barmaqla dişlərin damaqla birləşdiyi yeri masaj etmək lazımdır.

Daha bir diş təmizləmə üsulu var ki, bu da diş ipləri və flossdur. Diş arasını hər gün, xüsusilə də axşamlar ip və ya flossla  təmizləmək lazımdır. Bunun sayəsində hətta ən yaxşı fırçanın təmizləyə bilmədiyi yerləri təhlükəli bakteriya ərpindən təmizləmək mümkündür.

27 iyul 2011
GO BACK