Qadin.NET / İdman zamanı su içmək nə qədər əhəmiyyətlidir?

İdman zamanı su içmək nə qədər əhəmiyyətlidir?

 Yay gəldi deyə idmanı buraxacaq deyilik. Amma yayda işləməyin daha çətin olduğu və çox maye qəbul etdiyimiz də bir gerçəkdir. Maye itkisini normada saxlamaq üçün bir neçə məqama diqqət yetirməliyik. Bədənimizdəki su nisbəti yüzdə 60-70 arasında dəyişir. Bu su miqdarının azca azalması belə qanın qatılaşmasına səbəb olur. Hər zaman televiziyalarda gördüyünüz mütəxəssislərin yayda ən az iki litr su içmək lazım olduğu barədə israrları buna görədir. Bir də məşq etdiyinizi düşünsəniz, saatda təxminən 1 litr su itirdiyinizi bilməniz lazımdır. İdman zamanı və sonrasında bu itkini mütləq maye alaraq əvəz etməlisizin.

Soyuq yeməklərə yönələ bilərsiniz!

Yay aylarında soyudulmuş yeməklərdən istifadə edə bilərsiniz. Bu yeməklər tərləməklə birlikdə bədəninizdəki istiliyin də çölə atılmasına səbəb olar, beləcə enerji itirərsiniz. Zəifləmək istəyənlər üçün ideal bir vəziyyətdir. Ancaq çox soyuq yeməklər mədə narahatlıqlarına yol aça bilər.

Məşqə başlamadan əvvəl bol-bol su için!

Məşqə daim yaxşı bir maye tarazlığıyla başlayın. Axşam iş çıxışında idman salonuna gedirsinizsə, getmədən su içməyə başlayın və məşq edərkən su içməyə davam edin. Çöldə qaçırsınızsa, 45 dəqiqə boyunca maye içmədən dayana bilərsiniz. Daha uzun müddət çöldə olacaqsınızsa, yanınızda mütləq su saxlayın. İdman sonrasında maye itkisini dərhal normallaşdırmanız çox əhəmiyyətlidir. Tərləməklə birlikdə bədəndən atılan mayenin təkrar yerinə qoyulması lazımdır.


Su içmək üçün susamağı gözləməyin!

Susadınızsa,deməli, həyəcan zəngi çalınır! Əslində susama hissinin ortaya çıxmasına qədər gözləmək lazım deyil. Maye itkisinin əlamətləri tünd rəngli sidik, ağız və gözlərdəki quruluq hissidir. Məşq sonrasındakı maye ehtiyacını təyin etmək üçün özünüzü çəkin. İdman sonrasındakı ağırlığınızı idman əvvəlindəki ağırlığınızdan çıxararaq nə qədər maye itirdiyinizi təsbit edə bilərsiniz.

İçki seçimi

Seçəcəyiniz içki hədəfinizə bağlıdır: idmanmı etmək istəyirsiniz, yoxsa məqsədiniz zəifləməkdir? Məşq əsnasında idmançıların karbohidrata ehtiyacları var. Meyvəli qazlı sular bunun üçün yaxşı seçimdir. Hazır qarışıqlar, ümumiyyətlə, çox şəkərli olduğundan içkinizi özünüz hazırlaya bilərsiniz: Meyvə şirəsi və qazlı suyu 1/3 nisbətində qarışdırın və ləzzətlə için. Arıqlamaq istəyənlər mütləq su içməlidirlər. Dadı xoşunuza gəlmirsə, içinə bir neçə damcı limon suyu, ya da bir miqdar zəncəfil əlavə edə bilərsiniz.

1 sentyabr 2011
GO BACK