* Günə səhər tezdən durmaqla başlayın.
* Gün ərzində 7 - 8 saatdan çox yuxu yatmayın.
* Yuxudan oyandıqdan sonra yataqda qalmayın.
* Lift yerinə həmişə pilləkənlərdən istifadə edin.
* Yavaş yeriməkdənsə bir az cəld yeriyin.
* Həftənin 4 - 5 günü idman edin.
* Daim hərəkətdə olan insanlarla ünsiyyətdə olun.
* Həftə sonu üçün maraqlı planlar qurun.
*Siqaret və içkidən uzaq olun.
* Daha çox ayaqda durmağa çalışın.
* Gətirib götürmək üçün uşaqdan istifadə etməyin.
* Hər gün yarım saat az televizora baxın.
* Yeməkləri az və tez-tez yeyin.
* Bəzi günlər günorta yeməyini yeməyin.
* Aclığı yatırtmaq üçün salatlar və tərəvəzlər yeyin.
* Çoxlu meyvə yeyin.
* Hər fəsil bol su için.
* Mətbəxə çox vaxt ayırmayın.
* Bazarlıq etməyə tox qarınla çıxın.
* Hazır yeməkləri almayın.
* Yanınızda çoxlu pul götürməyin.
* Ətli yeməklərə yağ vurmayın.
* Qızartma və qovurmadan yan keçin.