Qadin.NET / Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti

Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti

 

Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti

Körpələrdə diş qaralmalarını müşahidə edib səbəbini araşdırdıq. Bu haqda işinin peşəkarı, stomatoloq Aygül Quliyevaya müraciət etdik. O da öz növbəsində bizi maraqlandıran suallara ətraflı cavab verdi:

 

Süd dişlərini qorumaq nə dərəcədə vacibdir? Daimi dişlər çıxdıqdan sonra onlara ehtiyac varmı?

 

- Süd dişləri uşağın 6 ayında çıxmağa başlayır və 2-2,5 yaşında çıxması tamamlanır.

Süd dişlərinin önəmi müzakirə edilməyəcək qədər vacibdir və çıxdıqları vaxtdan etibarən olduqca əhəmiyyətli funksiyalar yerinə yetirirlər. Bu vacib funksiyaların bir neçəsi:

**süd dişləri daimi dişlər çıxana kimi qidaları dişləmək, çeynəmək kimi vacib funksiyanı həyata keçirir

**süd dişləri altdakı daimi dişləri travmaya qarşı qoruyur

**süd dişləri daimi şişlərin normal yerində çıxmasına şərait yaradır

**süd dişləri çıxmasıyla çənə əzəzlələri inkişaf edir və beləcə çənə və üzün normal inkişafına şərait yaranır

**süd dişləri estetik cəhətdən də önəmlidir. Üzün görünüşünə, danışıq və nitqə təsir edir.

Xüsusilə ölkəmizdə "süd dişləri onsuz da töküləcək" qənaətilə səhv düşürülərək olduqca az əhəmiyyət verilir.

Ammaki süd dişləri vaxtında müalicə olunmazsa ,orqanizmdə xroniki iltihaba,daimi dişlərin mayasının zədələnməsinə,

Əgər vaxtından əvvəl çəkilərsə çeynəmə funksiyasının, nitqin pozulmasına, daimi dişlərin çıxması üçün yer darlığına və bu səbəbdən dişlərin çarpaz çıxmasına, heç çıxa bilməməsinə (retensiya), dişlərin qapanış pozğunluğuna, qonşu dişlərin boşluğa doğru əyilməsinə və sair bu kimi vacib problemlər yaradır.

Bütün bu səbəbləri nəzərə alaraq süd dişlərini qorumaq vacibdir!

 

Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti

 

Uşaqlarda diş qaralması səbəbləri nələrdir?

 

- Dişlərdə yaranan qara ləkələr uşaqlarda ən çox rast gəlinən diş probləmlərindəndir.

Bu qara ləkələr olduqca müxtəlif səbəblərdən yaranır və dişlərin bütün səthlərində ola bilir.

Bu səbəblər:

- çürük (karies) başlanğıcı kimi

-ağız gigiyenasının normal olmamasından

-xromogen adlanan bakteriyaların ifraz etdiyi maddələrin təsirindən

-müxtəlif dərmanların, xüsüsilə dəmir preparatlarının, tərkibində dəmir olan multivitaminlərin təsirindən

-tərkibində rəngləndirici çox qidaların (konfet, kola, şokolad və s.) təsirindən yarana bilər.

 

Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti

 

Uşağın dişi artıq qaralıbsa valideyn nə etməlidir? Hansı etapda həkimə müraciət etməlidir?

 

- Süd dişlərdə qara ləkələrin olduğu fərqinə varıldığı gündən diş həkiminə müraciət etmək lazımdır. Hərtərəfli müayinə olunmalıdır, müayinədən sonra qara ləkələrin yaranma səbəbi, çürük olub- olmadığı araşdırılıb səbəbə uyğun müalicə başlanmalıdır.

Qaralmalar əgər çürük (karies) başlanğıcıdırsa təmizlənməli və plomblanmalıdır. Yox əgər digər səbəblərdən yaranıbsa, həkim tərəfindən təmizlənmə aparılmalı, valideynə və başa düşəcək yaşdadırsa uşağın özünə ağız gigiyenası, diş fırçalama qaydaları izah edilməlidir. Tərkibində kalsium, fluor olan diş məcunları məsləhət görülməlidir. 

 

Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti

 

Hələ dişini fırçalamaq vərdişi olmayan uşaqların dişini təmiz saxlamaq üçün gənc analara və kimi məsələhət verə bilərsiniz?

- Süd dişləri çıxdığı gündən etibarən qorunmalı, təmizlənməli və ağız gigiyenasına nəzarət edilməlidir. Lakin, körpələr bu gigiyenanı, təmizliyi hələ ki özləri bacarmadıqları üçün bu vəzifə valideynlərin üzərinə düşür.

Uşaq 6-8 aylıqkən (ilk dişlər çıxdıqdan sonra) təmizləmə başlanmalıdır. Sabah və axşam təmiz bir bez, tənzif ilə dişlər silinməlidir.

Diş fırçası arxa dişlər çıxdıqdan (2-2.5yaş) başlanmalıdır. Kiçik yaşlarda uşaqlarda diş fırçalamaq üçün hər hansı qayda öyrətmək çox çətindir. Bu yaşlarda vacib olan uşaqlara diş fırçalama alışqanlığının qazandırılmasıdır. Bu alışqanlıqların yaradılması üçün bir neçə kiçik tövsiyyələr:

Qaralmış süd dişləri haqqında peşəkar məsləhəti

***uşaq dişlərini fırçalayarkən siz də eyni vaxtda öz fırçanızla dişlərinizi fırçalayın

***bir neçə diş fırçası alın, fərqli rəngdə, fərqli formada. Hər dəfə biri ilə fırçalamaq, uşaqda bu istəyi artıracaq.

***əvvəl öz dişlərini fırçalasın, sonra icazə verin o sizin, siz də onun dişini fırçalayın.

***uşağınıza yapışqan olan konfet, şokolad, peçenyə kimi şeylər yedizdirin. Sonra güzgüdə dişə necə yapışdığını göstərin. Daha sonra fırçalasın və dişlərin daha təmiz və daha parlaq olduğunu güzgüdə yenidən göstərin.

Əziz valideynlər, bütün bu tövsiyyələrə riayət edilməklə bərabər, diş həkimi kontrollarını da unutmayın.

Bütün uşaqlara sağlam dişlər və gözəl təbəssüm arzu edirəm.

 

Biz də öz növbəmizdə Aygül xanıma təşəkkür edirik!

25 noyabr 2017
GO BACK