İnsan psixologiyasına hər şey təsir edir. Yazdan, qışdan, payızdan, yaydan. Təsirləri sadəcə mənfi deyil, müsbət də olur. Qış gəlir. Psixoloq Uz. Dr. Mirvari Özaltay, mövsüm dəyişədə insanların ruhi təməlində dəyişikliklər meydana gələ biləcəyinə diqqət çəkərək bundan qorunma yolları və müalicə üsulları haqqında məlumat verir.
Qış psixologiyamıza necə təsir edir
Qış fəslinin gəlməsi ilə birlikdə günəş şüaları təsirini itirməyə başlayır. Qış aylarında günəş şüalarını daha az qəbul etməyimiz beyindəki bəzi hormonların işləməsində pozulmalara səbəb ola bilir, bu səbəblə də depresiya duyğularımız artmaya başlayır. Artıq özünü göstərmək istəməyən günə, qalın geyimlərə həbs edən soyuq hava və yavaş-yavaş ruhumuzu qucaqlayan qaranlıq. Qış mövsümünü və onun gətirdikləri çox insana mənfi təsir edir.
Gecələrin uzun, gündüzlərin qısa olduğu qış aylarında insan orqanizmasının ehtiyacı olduğundan daha çox melotonin istehsal edir. Bu yuxu hormonunun çox olması sadəcə bədən fəaliyyətlərə təsir etməklə qalmayıb, ruhi vəziyyətimizə də təsir edir. Melotonin hormonu özümüzü hərəkətsizlik, yuxu və yorğun hiss etməyimizə səbəb olur.
Çörək, makaron, kartof və şirniyyatlar serotonin hormonunu ifraz etdirir. Ancaq sadəcə qısa müddət içində.
Müalicə üsulları
Qış fəslinin səbəb olduğu depresiyada, işıq müalicəsi (fototerapiya), müalicədə uzun müddətdir istifadə edilməkdədir. Səhər 06:00-08:00 arasında süni gün işığı, xüsusi spektrumlu lampalar aracılığı ilə 30 dəqiqə-3 saat müddətlə depresiyada olan insana tətbiq edirlər.
Günəşli günlərdən mütləq yararlanın, açıq havada bol işıq qəbul etməyə çalışın. Qış boyunca zehni və ruhi sağlamlığınızı qorumağa çalışın. İstəksiz belə olsanız, müəyyən fiziki fəaliyyətlər ilə həyatınıza rəng qatın.