Qadin.NET / Qaçarkən diş ağrısı niyə olur?

Qaçarkən diş ağrısı niyə olur?

 

Qaçarkən ya da qaçış sonrası bud sümüyündə ağrı, dalaq şişməsi, tez-tez nəfəs salmağa görə sinə ağrısı kimi keçici narahtlıqlar tez-tez görülə bilər, yaxşı bəs diş ağrısı? Qaçarkən diş ətlərində yaranan ağrılar dişlərinizi çox sıxdığınız üçün yarana bilər. Ancaq diş həkimlərinə görə, bu sızlamalar başqa bir problemin olduğunu göstərir. 

 

Qaçarkən diş ağrısı niyə olur?

 

 

Qaçarkən dişlərin sızlaması nə ilə əlaqədardır?

Qaçış əsnasında, xüsusilə də müəyyən bir məsafəyə ya da sürətə diqqətinizi cəmləmisinizsə, istəksizcə dişlərinizi sıxmısınız. Bu vəziyyətdə hərəkətin təzyiqini diş ətlərinizdə hiss edə bilirsiniz. Mütəxəssislər bu problemə qarşı, qaçışa uyğun idman ayaqqabıları istifadə edərək təzyiqi minimuma endirməyinizi tövsiyə edir. Bir də, dişləri sıxmamağa diqqət edin.

Academy for Sports Dentistry üzvü diş həkimi  Jeffrey Laubmeier, qaçarkən dişlərin sızlamasının altda yatan bir səbəbi ola biləcəyini bildirir. İlk ağla gələn ehtimal çürüyən diş minasında olan çatdır. Xüsusilə, qaçarkən ağzından nəfəs alıb verə insanlarda küləyin təsiri ilə ağrı yarada bilir.

 

Qaçarkən diş ağrısı niyə olur?

Bir digər ehtimal isə sinuzitdir. Bu vəziyyətdə boşluqdakı ağrı diş ağrısı ilə qarışalaşa bildiyi kimi, üst diş kökləri burun kənarı və yanaq altındakı boşlulara doğru çıxıntı da yarada bilir. Burada bir infenksiya olduğunda, diş kökləri də bu infeksiyalardan nəsibini ala bilir.

Qaçarkən diş ağrısı yaransa, diş həkiminizə müraciət edin.

5 noyabr 2017
GO BACK