Qripdən sonra eyni diş fırçasını istifadə edirsiniz?
Havalar soyumağa, xəstəliklərə artmağa başlayıb. Qrip olarkən əllərinizi sıx-sıx yumağa diqqət edirsiniz. Bəs diş fırçanızın gigiyenasına necə əhəmiyyət verirsiniz?
Qrip olarkən dişlər neçə fırçalanmalıdır?
Diş həkimi Pertev Kökdemir, "Qrip olarkən diş məcununu fırçaya toxundurmayın. Qripdən sonra diş fırçanızı mütləq dəyişdirin" deyərək tövsiyyə edir.
Diş fırçalarının üzərindəki təhlükə
Dış həkimi Pertev Kökdemir, qripdən sonra niyə diş fırçasını dəyişdirməli olduğumuzu söylədi: "Qrip olan xəstələrdə qrip olduqları müddətdə istifadə etdikləri diş fırçalarının üzərində bu xəstəliklərə səbəb olan viruslar bol miqdarda yığılır. Bakteriyalardan fərqli olaraq viruslar bədən xaricində də çox uzun müddət canlı qala bilirlər. Təkrar uyğun mühit olduğunda xəstəliyə səbəb olurlar. Bu səbəblə qrip olduğunuzda istifadə etdiyiniz diş fırçasını sağaldıqdan sonra yenisi ilə dəyişdirmək virusların təkrar calanmasının qarşısını alacaqdır."