Qadin.NET / Qulaq ağrısı necə keçər?

Qulaq ağrısı necə keçər?

 

Qulaq ağrısı xüsusilə uşaqlarda çox olan bir narahat edici ağrıdır. Qulaq ağrısının ən böyük səbəbləri soyuq dəymə, orta qulaq tutulması, yüksək səsə məruz qalmaq ya da qulaqda iltihablanmadır.

Qulağınız ağrımağa başlaladığı zaman edəcəyiniz bəzi şeylər ilə ağrını azalda bilərsiniz.

 

Qulaq ağrısı necə keçər?

 

 

İsidin

Qulağınız ağrımağa başladığında isti yerə tutsanız ağrı azalacaq. Bunun üçün nəlbəkini isidin və dəsmalla bağlayıb qulağınıza qoyun. Bir müddət belə saxlayın.

 

Zeytun yağı

Zeytun yağını çox isti olmamaq şərti ilə qızdırın və qulağınıza damladın. Bu qulaq ağrısının azalmasına və qulağın rahatlamaına kömək edəcək.

 

Qulaq ağrısı necə keçər?

 

 

Sarımsaq

Sarımsaq suyu da qulaq ağrısını azaldır. Bunun üçün qulağınıza bir-iki damcı sarımsaq suyu damcıladın.

 

Soğan

Soğanı əzin. Əzilən soğanı təmiz bir dəsmalın içinə qoyub qulağınızın üzərinə qoyun.

22 oktyabr 2017
GO BACK