Diş əti çəkilməsi niyə baş verir?
Diş əti çəkilməsi, müalicə edilmədiyi halda, ilərləyən zamanlarda diş itirməyə belə səbəb ola bilir. Diş əti çəkilməsinin ilk olaraq səbəbini tapmaq və simptomlarını izləmək lazımdır. Diş əti çəkilməsi dişləri sarıyan çəhrayi təbəqənin geriyə çəkilməsi nəticəsində meydana gəlməkdədir. Bu təbəqənin geriyə çəkilməsi nəticəsində əgər lazımlı tədbirlər görülməzsə diş itirilə bilər. Diş əti çəkilməsi başladığı andan etibarən müalicə edilməlidir və diqqət altında olmalıdır.
Diş əti çəkilməsinin səbəbləri nədir?
Diş əti çəkilməsinin bir çox səbəbi vardır. Bunların ən başında kalsium, mineral çatışmazlığıdır.
1 dən çox doğuş
Qadınlarda üst-üstə doğuş diş əti çəkilməsinə səbəb olur. İlk doğumdan sonra lazımlı vitamin dəstəyi alınmalıdır.
Hormonal pozuntu
Diş əti çəkilməsinə 60 yaş üstü insanlarda hormonal dəyişikliyin meydana gəlməsi yol açır.
Diş fırçalama
Dişləri nizamsız bir şəkildə fırçalanması və sərt bir şəkildə diş fırçalama diş ətinin çəkilməsinə səbəb olur.
Yuxuda diş qıcırtmaq və sıxmaq
Hər yaşda özünü göstərən diş qıcırtmaq və diş sıxma zamanı diş təbəqəsi zədələyir.