Qadin.NET / Yuxusuzluğun həlli

Yuxusuzluğun həlli

 

Sağlam bir həyat üçün nizamlı qidalanmaq qədər yuxu da əhəmiyyət daşıyır. Ancaq yaz istilərində gecə yuxumuzun gəlməməsi hamımızın şikayət etdiyi bir vəziyyətdi. Səhər və iş həyatının qaçışdırması, gün ərzində yaşadığımız stress, halsızlıq, yorğunluq və günlük vərdişlərimiz də yuxusuzluğu artırır. Hər kəsin yaşadığı yuxusuzluq probleminə həll, analarımızın yuxu öncəsi içizdirdiyi ballı süddən keçir.

 

 

Yuxusuzluğun həlli

 

 

Gecə yuxusunun əhəmiyyəti

Sağlamlıq baxımından yaxşı bir gecə yuxusu böyük əhəmiyyət daşıyır. Bədənimiz üçün yenilənmə və baxım müddəti olan yuxu sırasında, toksinlər təmizlənərək, hüceyrələrimiz yenilənir və orqanlarımız dincəlir. Yaz aylarındakı istilər, günlük vərdişlər, qidalanma nizamı, iş həyatındakı yorğunluq və stress isə yuxusuzluq probleminə zəmin yaradır. Yuxusuzluqla mübrizə, qidalanma vərdişlərində ediləcək bəzi dəyişikliklər ilə təsirli nəticələr əldə etmək mümkündü. Yatmazdan əvvəl içəcəyiniz bir stəkan ballı süd ilə hər kəsin şikayətləndiyi yuxusuzluq problemi həll olur.

 

 

Yuxusuzluğun həlli

 

 

Bioloji saatı nizamlayır

Yuxusuzluğa qarşı həllin təbiətdə olduğunu deyən Honeyci markasının qurucusu, 32 illik bal istehsalcısı və dietoloq Ahmet Bağran Aksoy, "Qidalanma nizamında edəcəyiniz dəyişikliklər ilə yuxusuzluq problemi ortadan qaldıra bilir. Yuxusuzluğun qarşısını almaq məqsədi ilə, xüsusilə, Çində yüz illər boyunca baldan faydalanmışlar. Ayrıca, süd tərkibindəki triptofan adlı aminoasit sayəsində yuxuya daha asan getməyinizi təmin edir. Yuxulu və bədənin bioloji saatını nizamlayan triptofan, eyni zamanda balda da var. Yatmazdan əvvəl içəcəyiniz bir stəkan soyuq ballı süd, yuxuya getməyinizi təmin edərkən, yuxu keyfiyyətinizi də artıracaqdır. Ancaq süd, bəzi insanlarda qaz problemi və həzmsizlik yarada biləcəyindən yatmadan 1 və ya 2 saat əvvəlcə içməyinizi tövsiyə edirik" deyərək fikirlərini bildirdi.

18 avqust 2017
GO BACK