Qadin.NET / Varikoz xəstəliyi

Varikoz xəstəliyi

Müasir dövrün ən geniş yayılmış xəstəliklərindən biri də varikoz xəstəliyidir.Xəstəlik həm qadınlarda,həm də kişilər arasında tez-tez təsadüf edilir.Səbəbləri müxtəlifdir,belə ki,hamiləlik,assit,qəbizlik,şiş xəstəlikləri və s. ilə yanaşı həm də anadan gəlmə olaraq vena damarlarında qapaq çatmamazlığıdır.Aşağıdakı şəkildə gördüyünüz kimi solda normal venada qan cərəyanı göstərilib,amma sağdakı vena damarında isə genişlənmə baş vermişdir.Bu isə hər hansı maneə səbəbindən qanın uzun müddət damarda ləngiməsi və durğunluq əmələ gətirir və damar genişlənir. Eyni zamanda dərin venalarla səthdəki venalar arasında yeni əlaqələr yaranır. Beləliklə,genişlənmiş damar səthə çıxır. 

 

Xəstələrin şikayətləri yalnız kosmetik deyil,eyni zamanda həm də yeriyərkən qisa müddətdə yorulmaqdan,ayaq üstə çox dayana bilməməkdən və s.-dir.Varikoza meylli insanlar uzun müddət ayaq üstə durmaq tələb edən işlərdən uzaq olsalar daha yaxşı olar. 

Müalicəsi isə konservativ və cərrahi yollarladır.Konservativ olaraq,skleroterapiya-yüksək təzyiqli məhlullarla damarı sklerozlaşdırmaq, 

 

hirudoterapiya-zəli vasitəsi ilədir. 

Cərrahi yol isə bu damarları müxtəlif metodlarla cıxarmaqdır.Profilaktik məqsədlə isə hamilələrə elastik corablar geyinmək məsləhət görülür.

9 iyul 2011
GO BACK