Qadin.NET / Xeyirli içkilər (1-ci hissə)

Xeyirli içkilər (1-ci hissə)

Nə içim ki, həm xeyirli olsun, həm də kalorisi az olsun?-yəqin çoxlarınız bu sualı düşünmüsünüz.

Təssəvvür edin ki, orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləyən, dəriyə və üzə təravətli rəng bəxş edən və bununla yanaşı çox dadlı olan içkilər mövcuddur.

 

Xeyirli içkilər (1-ci hissə)

 

Üzüm şirəsi- Üzüm şirəsi anti-age (yaşlanmaya qarşı)  öndə gedən içkilərdən biridir. Üzüm şirəsinin tərkibində A, C və B qrup vitaminlər o cümlədən kalsi, fosfor, kalium və digər dəyərli maddələr vardır. Üzüm şirəsi həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsinə təsir edir, şlakları təmizləyərək arıqlma prosesinə kömək edir. Qanı, qaraciyəri təmizləyir, dərini cavan saxlayır, saça və dırnaqlara sağlam həyat bəxş edir. Bundan əlavə sübüt edilmişdir ki, üzüm şirəsinin tərkibində xərçəng riskini azaldan maddələr mövcüddur.

 

Şirənin hazırlanması: ağ üzüm dənələrini blenderdə portağal ilə əzin, içinə qarpız dilimi və bir az nanə qatıb yenidən əzərək kokteyl halına gətirin. Bu kokteyl sizə toksinlərdən azad olmağa kömək olacaq. Bundan əlavə bədənə lazım olan gündəlik vitaminlə təmin edəcək, qanda xolestrinin miqdarını azaldacaq və iltihab əleyhi təsir göstərəcək.

 

Alma şirəsi: Şəkərsiz və qatqısız alma şirəsi üzüm şirəsində olduğu kimi detoks-effektə malikdir. Arıqlamağa kömək edir, oraqnizmi şlaklardan təmizləyir. Alma şirəsinin tərkibində kalori azdır, lakin dəmirlə zəngindir. Alma şirəsi fiziki yorğunuqdan sonra rahatlıq gətirir, infeksiya və soyuqdəymənin qarşısını alır, ürəyə və ağciyərə təsir edir. Bundan əlavə ateroskleroz, qaraciyər, sidik kisəsi və böyrəkdə daş olan xəstələrə çox xeyirlidir.

 

Albalı şirəsi (vişnə): Albalı şirəsi də dəmir və maqni ( qadınlar üçün ən lazımlı minerallardan biri) ilə zəngindir. Onun mütəmadi qəbulu qanda hemoqlobinin miqdarını tənzimləyir və sidik kisəsində olan infeksiyaların qarşısını alır. Bundan əlavə sübut edilmişdir ki, albalı şirəsi xərçənin bir çox növlərinin bədəndə yayılmasının qarşınını alır.

 

Qarağat şirəsi: (qaragilə) qarağat şirəsi sidik yolu xəstəliklərində, bağırsaq infeksiyaları zamanı çox xeyirlidir. Bu şirə bağırsaq mikroflorasını yaxşılaşdırır və qastrit zamanı çox xeyirlidir. Şəkərli diabet və allergiya əleyhinə olan bu içki həm də görmə qabliyyətini yaxşılaşdırır. Damar və kapilyarlara təsir edən bu şirə qırışların əmələ gəlməsinin qarşısını alır.

 

Xeyirli içkilər (1-ci hissə)

 

Qızmızı quru şərab : bir çox tibb işçiləri hər gün 30 ml şərab içməyi məsləhət görürlər, bu miqdarda qəbul edilən şərab xərçəng riskini azaldır. Antidoksidantlar arasında lider sayılır. Tərkibində perveratrol olan bu içki orqanizmin stresslə mübarizəsinə kömək olur, ekoloji xəstəliklərə yoluxmamaqda yardımçı olur.

Necə içmək lazımdır: kişilər 1 stəkandan , qadınlar isə yarım stəkandan çox olmamaq şərti ilə. Əks halqa şərabın xeyri sıfıra bərabərdir. 

Nar şirəsi: Nar şirəsi C, B vitaminləri , çoxlu minerallar və fermentlərlə zəngindir. Dəriyə, saçlara, dırnaqlara, damarlara xeyirlidir. Hemoqlobinin miqdarını artırır, qastrit, soyuqdəymə, angina, yorğunluğa qarşı yaxşı təsir edir. İştahanı tənzimləyir və həzmi asanlaşdırır.

7 iyul 2011
GO BACK