Dərman rozmarini
Yeməklərə dad və ətir vermək üçün mətbəximizin əvəzolunmaz ədviyyatı olan rozmarinin faydaları saymaqla bitmir. Əzələ spazmalarını rahatlaşdıran rozmarini, suya qataraq duşda da istifadə etmək olr. Oynaqları rozmarin yağı ilə massaj etmək ağrıları azaldır. Ağrılı və ya iltihablı bölgələrə edilən isti kompreslər də artritin simptomlarını yüngülləşdirir.
Kəklikotu
Təravətli qoxusu ilə yeməklərin əvəzolunmazı kəklikotu, ağrı kəsici xüsusiyyəti ilə də tanınır. Xüsusilə, kəklikotu yağının faydaları saymaqla bitmir. Karvakrol adlı bir maddə istehsal edən kəklikotu yağı, zeytun yağı ilə massaj edildikdə revmatizma ağrılarını qısa müddətdə yox edir. Həkimlər, evdə ağrı kəsici yoxdursa, kəklikotu yağından revmatizma ağrılar üçün rahatlıqla istifadə edə biləcəyimizi deyir.
Nanə
Əzələ işlətmə bitkilərin başında gələn nanə, xüsusilə ayaq, kürək, əzələ ağrısı, baş ağrısı müalicəsində təsirli olur. Nanə bitkisində yer alan mentol analjezik, anti-inflamatuar və antispazmodik xüsusiyyətləri təqdim etməsi sayəsində əzələ ağrısı və iltihabı azaldır. Qan dövranını artırıb ağrı və spazmaları azaldır. Nanənin yağı da eyni şəkildə stressdən yaranan əzələ ağrılarına şəfa olur.
Çobanyastığı
Rahatlatıcı xüsusiyyəti ilə tanınan çobanyastığı, əzələ ağrılarında ən çox istifadə edilən müalicə üsullarının biridir. Bununla yanaşı təzyiq, baş ağrısı, stress, gərginlik kimi hallarda da müsbət nəticə göstərir. İsti bir çobanyastığı çayı, gərgin əzələləri boşaldır. Eyni zamanda iltihab islahedici xüsusiyyəti diqqət çəkir.
Lavanda
Bənövşəyi rəngə malik bu gözəl çiçək, müxtəlif xəstəliklərə yaxşı gələn bir çox xüsusiyyəti ilə tanınır. Lavanda yağı, ən təsirli təbii əzələ işlətmələrdən biri kimi tanınır. Bu yağla, ağrının olduğu bölgəyə dairəvi hərəkətlərlə ediləcək masaj, qan axınını sürətləndirir. Dərhal sonra alınacaq isti bir duş, həm zehni həm də bədəni sakitləşdirir.