Qadin.NET / Xoruldamaq bronxit yaradır!

Xoruldamaq bronxit yaradır!

Xoruldamaq bronxit yaradır!

Yatarkən xoruldamaq ürək ritmində dəyişmələr meydana gətirə bilər. 30 dəqiqə davam edən xoruldama nəticəsində beynə gedən oksigen axınında yavaşlama meydana gəlir.

Bu vəziyyət uzun müddət reallaşdığında infarkt başda olmaqla​, bir çox sağlamlıq problemlərinə səbəb olur. Xoruldamaq eyni zamanda damarlarda nazikləşməyə səbəb olur. Həmin damarlar isə zamanla bədəndəki qan axınını yavaşladır. Bu vəziyyət nəticəsində ürək bədənin oksigen səviyyəsini yüksəltmək üçün daha sürətli işləməyə başlayır. Bu səbəbdən infarkt riskini də özü ilə gətirir. Araşdırmalar yüksək səslə xoruldayan insanlarda infarkt riskinin 34% nisbətində artdığını müəyyən edib.

 

Xoruldamaq bronxit yaradır!

Xoruldama, həm yüksək xolesterola, həm də yuxusuzluğa səbəb olaraq, damarlarınızın tıxanmasına səbəb olur.

Xoruldama tənəffüs sistemində gərginliyə səbəb olur. Bu vəziyyətdə bütün orqanlar çox işləyir. Əzələlər isə bütün hava axınını tutmaq üçün gərginləşir. Nəticə olaraq, nəfəs borusu tıxanır və iltihaba səbəb olaraq, xroniki bronxit meydana gətirir.

Xoruldamaq bronxit yaradır!

Xoruldamamaq üçün nələr etməli?

Yuxudan qısa müddət əvvəl yeyilən ağır qida və içkilərdən uzaq durun.

Yatmadan əvvəl ağır yemək yemək boğaz əzələlərinin normaldan daha çox gəvşəməsinə səbəb olar.
İdmanla məşğul olun və artıq çəkiləriniz varsa, pəhriz saxlayın.
Ciddi xoruldama probleminiz yoxdursa, yatış pozisiyanızı dəyişdirin. Üzüstü və ya yan yatın.
Yatarkən içində tenis topu olan çanta taxın. Belinizin orata boşluğuna gətirin, ya da qatlanmış ikiqat corab kömək edər.
Yataq otağında hava axını olduğundan əmin olun.

Siqaret çəkirsizsə, azaldın, ya həmişəlik tərgidin.

Xorultu yastığı istifadə edin.

1 iyul 2017
GO BACK