Bəzən keyfiyyətli və davamlı yuxu səhər yorğunluğuna son qoymaq, günə yaxşı başlamaq üçün kifayət etmir. Bəs günə yaxşı başlamaq üçün nə etmək lazımdır?
2. Zəngli saatı təxirə salmayın. Güman edirik ki, bunu etməyən yoxdur. Səhər zəngli saat çalanda onu 5 dəqiqə də olsa, təxirə salıb yuxunun dadını çıxarmaq üçün rəsmən mübarizə aparırıq. Lakin təxirə salmalar qısa zamanlı olduqları üçün sizi yorğun etməkdən başqa işə yaramır. Buna görə də qərarlı olmağı və zəngli saat çalan kimi ayağa durmağınızı təklif edirik.
3. Zəngli saatı başqa otağa qoyun. Əvvəlcə bunu deyək ki, telefonun zənglə oyadan funksiyasını işə salmaqdansa, zəngli saat qurmağı məsləhət görürük. Həmin zəngli saatı isə başqa otağa qoymaq sizə yuxudan oyanmaq üçün fürsət verir. Zəngli saatın səsini dayandırmaq üçün oyanacaqsınız, daha sonra ayağa durub başqa otağa getmək məcburiyyətində qalacaqsınız. İlk vaxtlarda bu, sizə çətin olsa da, zamanla vərdiş edəcəksiniz.
5. Oyanan kimi bir stəkan su için. Əgər səhər saatlarında soyuq duş qəbul etmək fikri ürəyinizcə deyilsə, bunu su içməklə əvəz edin. Yuxu zamanı su itkisi gün ərzində sizi olduqca halsız edir. Buna görə də soyuq su soyuq duş ilə eyni effekti yaradır və bədəninizi adrenalinlə təmin edərək, qan dövranını sürətləndirir.
7. Məşq edin. Səhərlər hərəkətsiz bir formada, ağır-ağır günə başlamaqdansa məşq hərəkətləri edərək, enerji ilə günə qədəm qoyun. Oyanan kimi mütləq gərnəşin. Əgər işə gedən zaman piyada yeriməyə vaxt yoxdursa, heç olmasa liftdən istifadə etməyin, pilləkənlərlə düşüb-qalxın. Piyada yerimək əzələlərinizi də möhkəmlədəcək.
9. Ananıza zəng edin. Yuxudan oyanan zaman özünüzə yaxın hesab etdiyiniz insanlarla danışmaq əhvalınızı yüksəldəcək. Hər bir halınızı ən yaxşı bilən ananız səhərlər yaşaya biləcəyiniz stresi idarə etməyə kömək olacaq.
10. Səhərlər xüsusi musiqi siyahınız olsun. Evdən çıxmazdan əvvəl hazırlaşdığınız müddətdə sevdiyiniz mahnıları dinləyib əylənə bilərsiniz. Bu, sizin motivasiya, ruh yüksəkliyi və sevincinizin artmasına kömək edəcək.