Qadin.NET / Hansı həkim nəyi müalicə edir?

Hansı həkim nəyi müalicə edir?

 

Hansı həkim nəyi müalicə edir?

 

Androloq - (əslində belə bir bölmə dünyadan yığışdırılır Uroloq- androloq olaraq deyilir) kişi cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, impotensiya və digər ereksiya pozulmaları, kişi sonsuzluğu və s.) müalicə edir.

 

Anestezioloq - cərrahiyyə əməliyyatları, ağır travmalar, şok vəziyyətləri və s. hallarda anesteziya (ağrısızlaşdırma, narkoz) ilə bağlı bütün məsələlərlə məşğul olur.

 

Allerqoloq - müxtəlif növ allergiyalar (qida, müxtəlif maddələr, toz və s.) üzrə mütəxəssis.

Kardioloq - VOİCEPRESS immunitet.az-a istinadən bildirir ki, ürək xəstəliklərin müalicə edən həkimdir

 

Hansı həkim nəyi müalicə edir?

 

Qastroenteroloq - bütün mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və 12-barmaq bağırsağı xorası, öd daşı xəstəliyi, pankreatit, disbakterioz və s.) mülicə edir.

 

Hepatoloq - qara ciyər xəstəliklərinin (hepatitlər, qara ciyər sirrozu və s.) müalicəsində ixtisaslaşdırılmış həkim.

 

Ginekoloq - qadın cinsiyyət sistemi xəstəliklərini müalicə edir.

 

Mama-ginekoloq - hamilə qadının sağlamlığı və hamiləliyin inkişafı ilə bağlı olan bütün məsələlərlə məşğul olan həkim.

 

Mammoloq - süd vəzi xəstəliklərinin (mastit, mastopatiya, kistalar, şişlər və s.) müalicəsində ixtisaslışdırılmış həkim.

 

Hematoloq - qan və qanyaratma sistemi xəstəliklərini və patologiyalarını (anemiyalar, hemofiliya, trombositopeniya və s.) müalicə edir.

 

Genetik - genlərlə bağlı olan müxtəlif xəstəlikləri və pozulmaları (Daun sindromu, fenilketonuriya, mukovissidoz, Edvards sindromu, Patau sindromu, Marfan sindromu və s.) araşdıran və müalicə edən həkim.

 

Nevroloq - Sinir sistemi və onun xəstəliklərin müalicə edn həkim

 

Neyrocərrah - Sinir sistemi ilə bağlı ola əməliyyatları edən həkim

 

Dermatoloq - dəri xəstəliklərini (civzələr, ekzema, vitiliqo, dəmrov, qotur, piodermiya və s.) müalicə edən həkim.

 

Trixoloq - saç və baş dərisinin xəstəlikləri və pozulmaları ilə (keçəlləşmə, kəpək, saşların zəif olması və s.) məşğul olan həkim.

Oftalmoloq - göz xəstəliklərin müalicə edən həkim

 

Ortoped - sümük-əzələ sistemi xəstəlikləri (yastıpəncəlik, əyriboyunluq, oynaq xəstəlikləri və patologiyaları, skolioz, ətrafların deformasiyaları və s. ) müalicə edir.

 

Ortodont - ağızda dişlərin vəziyyətinin və yerləşməsinin patologiyalarını müalicə edən həkim.

 

Travmatoloq - travmalar və travmalardan sonra inkişaf edən sindromların

 

Neonatoloq - yeni odoğulmuş uşaqlar üzrə mütəxəssis. Uşaq doğularkən səhhətinin inkişafını qiymətləndirir, anadangəlmə xəstəlikləri və pozulmaları müalicə edir.

 

Endokrinoloq - endokrin sistemi xəstəliklərini ("zob" xəstəliyi, şəkərli diabet, hiperprolaktinemiya və s.) müalicə edən həkim.

 

Uroloq - qadınlarda sidik ifrazatı sistemi (böyrəklər, sidik kisəsi, sidik yolları, uretra), kişilərdə - sidik ifrazatı sistemi və cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, varikosele və s.) və kişi sonsuzluğunu müalicə edir.

 

Nefroloq - böyrək xəstəliklərini və patologiyalarını (qlomerulonefrit, böyrək daşı xəstəliyi, pielonefrit, nefrit, xroniki böyrək çatışmazlığı və s.) müalicə edir.

 

İnfeksionist - infeksion xəstəliklərini (dizenteriya, quduzluq, tetanus, botulizm, bruselyoz, gənə ensefaliti, virus hepatitləri və s.) müalicə edir.

Stomatoloq - diş xəstəliklərin müalicə edən həkim

 

Dietoloq - qida rasionunun tənzimləyən həkim

 

Ftiziatr - vərəm xəstəliyinin müxtəlif növlərinin (dəri vərəmi, cinsiyyət orqanlarının vərəmi, bağırsaq vərəmi və s.) diaqniostikasında və müalicəsində ixtisaslaşdırılmış həkim.

 

Otolorinqoloq (LOR) - müxtəlif qulaq, burun və boğaz xəstəliklərini (tonzillit, faringit, laringit, otit, haymorit, frontit və s.) müalicə edir.

 

Fleboloq - damar xəstəliklərinin müalicəsində (varikoz xəstəliyi, tromboflebit və s.) ixtisaslaşdırılmış həkim.

 

İmmunoloq - immun sisteminin pozulmalarını (immunodefisitlər, allegik xəstəliklər və s.) müalicə edir.

 

Reproduktoloq - qadın və kişi reproduktiv sistemi pozulmalarının (sonsuzluq, hamiləliyin sona qədər çatdırılmaması halları, inkişafdan qalmış hamiləlik və s.) müalicəsi. Əkstrakorporal mayalanma üsullarının həyata keçirilməsi.

 

Parazitoloq - müxtəlif qurdlar və birhüceyrəli canlılar tərəfindən törədilən xəstəliklərini (askaridioz, lyamblioz, xlamidioz, opistorxoz, exinokokkoz və s.) müalicə edir.

 

Pulmonoloq - nəfəsalma orqanlarının xəstəliklərini (traxeit, bronxit, pnevmoniya, bronxial astma, plevrit və s.) müalicə edir.

 

Proktoloq - düz bağırsaq və anus xəstəliklərini (babasil, qəbizlik, ishal, kolit, paraproktit, düz bağırsağı polipləri, meqakolon və s.) müalicə edir.

Pediatr - uşaq xəstəliklərin müalicə edən həkim

25 iyun 2017
GO BACK