Uşaqlarda sıx görünən narahatlıqlardan biri olan qarın ağrılarının çoxu vacib olmayan sağlamlıq problemləri ilə bağlı ola bilər. Ancaq uzun müddət davam edən ağrılar müalicə tələb edən xəstəliklərin xəbərcisi ola bilər. liv Hospital Uşaq Gastroentereloji və Qidalanma mütəxəssisi Professor Dr. Ender Pehlivanoğlu, " Vacib vəziyyətlər xaricində 3 aydan uzun davam edən və uşağın günlük yaşamına təsir edən ağrı xroniki qarın ağrısı olaraq dəyərləndirilir. Bu cür ağrılar ciddiyə alınaraq araşdırılmalıdır" dedi. Professor Dr. Ender Pehlivanoğlu qarın ağrısının səbəblərini söylədi:
Qarın ağrısı vacib xəstəliyin əlaməti ola bilərmi?
Qarın ağrısı sadəcə körpəlik dövründə deyil, bütün uşaqlarda və gənclər də daxil, fərdin və ailəsinin rahatlığını pozan ən vacib sağlamlıq problemlərindən biridir. Ağrılı uşaq yerində dayana bilməzkən ana, atası da bu vəziyyətin nə qədər vacib bir xəstəliyin əlaməti olduğunu bilinmədiyi üçün ağrı və təlaş içində qalır. Qarın ağrısı bəzən önəmsiz bəzən isə ölümcül bir sağlamlıq probleminin işarət edə bilər.
Nə cür problemlər qarın ağrısı yaradır
Böyük uşaqlar və yeniyetmələr, qarın ağrısının səbəblərini və ağrının yerini, kiçik uşaqlara görə daha çox yaxşı anlada bilirlər. Mədə və yemək borusunun alt ucundakı xəstəliklər, sinə sümüyünün alt ucu və qarın bölgəsinin üst hissəsində yerləşən ağrı ilə əlamətlərini göstərir. Ağrının ani başlaması ilə davam etməsi və xüsusilə, qarnın sağ alt hissəsindən davamlı olması, sağ qasıq bölgəsinin üzərinə basdırıldığında ağrının artması, appendisit xəstəliyinin əlamətləridir. Bu vəziyyət "təcili" olaraq müalicə edilmədiyində həyati təhlükə yaranır.
Nə zaman həkimə getmək lazımdır?
Uşaqda qarın ağrısı ilk yarandığı zaman temperaturu ölçülməli, ağır qidalardan uzaq durub, maye və yüngül qidalar ilə qidalandırılmalıdır. Buna rəğmən uşaqda 1 saatdan uzun davam edən və ya gecə yatarkən oyandıracaq qədər şiddətli qarın ağrısı, sarı və ya yaşıl rəngdə qusma, ağızda acı və ya turş dad, çəki itkisi, yorğunluq, nəfəs alıb-verərkən çətinlik çəkmə kimi əlamətlər görünürsə, vaxt itirmədən həkimə getməyiniz lazımdır.