Gün ərzində yedikləriniz, dişlərinizi gücləndirə bilər və ya zəiflədə bilər. Ağ, güclü və sağlam dişlər üçün nələr yeməli olduğunuza göz atın.
Dişlərinizin qəhrəmanları
Brokoli, kələm kimi qidalar diş üzərini təmizləyərək daha çox tüpürcək təmin etmənizi və diş turşusunun neytrallaşmasını təmin edir. Kalsium və fosfat tərkibindən, turşuların yox etdiyi mineralları geri qazandırır. Sulu kök, xiyar, kərəviz sapı və bibər dilimləri də yüksək su tərkibi ilə ağızdakı şəkəri təmizləyir.
1. Süd məhsulları:
Süd məhaulları pendir kalsium mənbəyidir və dişdəki mineralların geri qazanılmasına kömək edir. Süd və qatıq çox az turşu tərkiblidir.
2. C vitamini:
C vitamini baxımından zəngin qidalar diş ətlərini qoruyur və qanamanın qarşısını alır. Vitamin C ayrıca diş və sümüklərin bərpa edilməsinə dəstək olur. Portağal, çiyələk, kivi bədəndəki C vitamini səviyyəsini artıracaqdır. Meyvə və tərəvəzləri bütün olaraq yeməyiniz daha çox vitamin və mineral almağınızı təmin edir. Yaşıl çay dişlərinizdəki bakteriyalarla mübarizə aparmağa kömə edir.
3. Ət, balıq:
Fosfor tərkibli ət və balıq diş minasını qoruyur. Bunlara bir də A vitamini əlavə etsəniz, diş minasının bərpa edilməsini də təmin edə bilərsiniz. Vegeteriansınızsa, tünd yaşıl yarpaqları, paxlakimilər və tam taxılları tərcih edə bilərsiniz.
Dişlərinizi düşmənləri
1. Qazlı içkilər:
Qazlı içkilərin dişlərə olan zərərlərini hamımız bilirik. Sadəcə şəkərli olanlar deyil, şəkərsiz olanlar da eyni dərəcədə dişlərə düşməndir. Vitaminli suların tərkibində çox şəkər vardır. Eyni şəkildə spirt də turşulu tərkibinə görə diş üzərinin əriməni tezləşdirir.
2. Saqqız ya da şəkər:
Dişə yapışan şəkərlər, quru üzüm dişlərin arasına girən və çətin təmizlənənlərdəndir. Bu da dişlərin davamlı olaraq şəkərə məruz qalması deməkdir. Əgər istifadə edirsinizsə, ağır çalxalama suyu, diş sapı istifadə edərək dişlərinizi yaxşıca təmizlədiyinizdən əmin olun.
3. Turşu:
Tərəvəzləri sirkə ilə qarışdırmaq dişlərinizə pis edir. Çünki turşulu sirkə və şəkəri birləşdirmiş olursunuz.
4. Narıncı meyvələr:
Portağal, qreyfurt, limon kimi narıncı meyvələr yüksək miqdarda turşu tərkiblidirlər və bir yemək parcası kii yeyilməlidirlər. Yedikən sonra ağız su ilə çalxalanmalıdır.
5. Qəhvə və şərab:
Qəhvədəki tanın həm diş minasının əriməsinə səbəb olur, həm də rənglənməsinə. Bənzər şəkildə şərab da dişləri rəngləndirir. Şarabdakı turşu diş üzərini hədəf alır və bir sonrakı səfər daha çox ləkələnməsinə səbəb olur.