Düzgün qamət həm sağlamlıqdan, həm də füsunkar vizual görünüşdən xəbər verir. Daha çox iş rejimində kompüter arxasında oturan insanlar qeyri-ixtiyari şəkildə belini bükür. Bu da qamətinizin pozulmasına, onurğa sütununda müəyyən problemlərin yaranmasına gətirib çıxarır.
1. Əllərinizi şəkildə göstərildiyi kimi ovuclar bitişəcək şəkildə tutun. Dirsəkləri bərabər tutmaqla əllərinizi yuxarı istiqamətə dartmağa çalışın. 10 saniyə bu hərəkəti davam etdirin.
2. Əllərinizi kürək nahiyəsində şəkildə göstərildiyi kimi tutun. Qamətinizi düz saxlamaqla qollarınızın dartınmasını təmin edin. Bu hərəkəti 5 saniyə davam edin.
3. Əllərinizi başınızın arxasına qoyaraq oturun. Oturaq vəziyyətdə bədəninizi çevrildiyi qədər sola və sağa çevirin.
4. Stulun kənarında oturun. Əllərinizi başınızın arxasına qoyub kürəyinizi geriyə doğru əyin. Düz tavana baxaraq 5 saniyə elə qalın.
5. Divara söykənin. Əmin olun ki, başınız, kürəyiniz və ombanız divara söykənsin. Bu vəziyyətdə özünüzü divara sıxaraq 10 saniyə qalın.
6. Bu tapşırıq əvvəlkinin davamıdır. Divarda durduğunuz vəziyyətdə əllərinizi yana doğru açın. Dizlərinizi bükmədən bacardıqca irəli əyilin. Bu vəziyyətdə 10 saniyə sabit dayanmağa çalışın.
7. Bu hərəkətlə həm siz kürək əzələlərini, həm də qarın əzələlərini möhkəmləndirəcəksiniz. Buna görə çalışın dik oturun. Belinizi bükməyin.
8. Ev işləri görərkən kiçik çantanı (məktəb çantası uyğundur) ağır doldurub tərs istiqamətdən çiyninizə taxın. Bu sizə tarazlığınızı qorumağa kömək edəcək.
9. Kompüter arxasında oturarkən kürəyinizə "veşilka" asın. Qeyri-ixtiyari belinizi bükdüyünüz zaman kürəyinizdə asılı predmet sizə dik oturmanız gərəkdiyini xatırladacaq.
10. Düzgün oturuş qaydalarına riayət etməklə gözəl qamətə sahib ola bilərsiz. Oturarkən stulun kənarında oturub sinədən geriyə doğru dartının. Sol ayağınızı irəli, sağ ayağınızı isə geriyə doğru qoyun. Bu sizə tarazlığı qorumağa kömək edəcək.