Qadin.NET / Gün işığı insanı kor edə bilər

Gün işığı insanı kor edə bilər

 

Gün işığı insanı kor edə bilər

Gün şüaları insanı kor edə bilər

Hamı bilir ki, uzun müddət ərzində gün şüalarının altında olan insanda ağır dəri xəstəliklərinin (dəri xərçənginə kimi) inkişafının riski olduqca artmış olur.

Lakin ultrabənövşəyi şüalar tək dərimiz üçün deyil, gözlərimiz üçün də çox ziyanlıdır.

Elmdə sübut olunub ki, intensiv gün şüaları gözun həm xarici, həm də daxili strukturlarını zədələyir. Ultrabənövşəyi şüalar xüsusilə artıq hər hansı görmə pozulmaları olan insanlar üçün ziyanlıdır.

Belə ki, uzunmüddətli UB-şüalanma katarakta (el arasında "mirvari suyu") kimi ağır göz xəstəliyinə səbəb olur. Vaxtında müalicə olunmamış katarakta korluğa səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, Azərbaycanda katarakta xəstəliyinə çox tez-tez təsadüf edilir.

Xroniki UB-şüalanma hətta gözdə bədxassəli xəstəliklərin inkişafına səbəb ola bilər.

 

Gün işığı insanı kor edə bilər

Dünyanın müxtəlif yerlərində UB-şüalarının intensivliyi müxtəlifdir. Ümumdünya Səhiyyə Təşkilatı müxtəlif ölkələr üçün xüsusi UB-indeks göstəricilərini işləyib hazırlayıb. Bu indeks 1-dən 11-12 kimidir. İndeksin göstəricisi 1 və 2 olduqda gündən qorunmaq lazım deyil. Bütün digər hallarda çölə çıxanda gün eynəkləri taxmaq, dərini gündən qorumaq lazımdır. Azərbaycanda UB-indeksin göstəriciləri, demək olar ki, bütün il ərzində 1-2-dən yüksək olur. İnsanlar bunu mütləq bilməli və tədbirli olmalıdır.

Gözləri gün şüalarından qorumaq üçün mütləq yaxşı keyfiyyətli UB-filtri olan gün eynəkləri seçmək lazımdır.

15 yaşına kimi olan uşaqlar və yaşlı insanlar risk qrupuna daxildir və bu səbəbdən onların göz sağlamlığına qarşı daha diqqətli olmaq lazımdır.

Göz eynəkləri üzdə kip oturmalıdır. Bu çox vacibdir.

Kontakt linzaları taxan insanlar UB-filtri olan linzaları seçməlidir. Bu gözlərin qorunmasına kömək edəcək.

Səhər və axşam saatlarında günün gözlərimizə olan təsiri daha da çox olur.

Op.Dr.Uzman Fariz Sadıqov

10 may 2017
GO BACK