Qadin.NET / Diş ağrısına təbii üsulla sakitləşdirici

Diş ağrısına təbii üsulla sakitləşdirici

Diş ağrısına təbii üsulla sakitləşdirici

Diş ağrısına qarşı təbii həll yolları

Diş həkimi Recep Eşkar, diş ağrısı sırasında ağrını yüngülləşdirmək üçün təbii həll yolları haqqında bu məlumatları verdi:

1. Diş fırçalamaq çürüyə sıxışmış və ağrıya səbəb olan qidaları uzaqlaşdırmaqa kömək edir. Dişlərin diş ipi ilə təmizlənməsi və fırçalama ağrının azalmasını təmin edir.

Diş ağrısına təbii üsulla sakitləşdirici

2. Sirkəli su və duzlu su qarğarası diş ağrılarını qismən keyidir. Dişi bakteriyalardan təmizləyir və şişi azaldır. Diş əti və açıq diş çürüklərinə dezinfeksiya edici təsiri vardır. 

3. Diş həkiminizin tövsiyəsi ilə və istifadə şərtlərinə riayət edərək ağrı kəsici müəyyən bir zaman içərisində ağrını keçirəçəkdir.

4. Dişə heç vaxt aspirin, spirt qoyulmamalıdır. Bunların yerinə qərənfil yağı tərcih edə bilərsiniz. Qərənfil yağı ya da quru qərənfil yüz illərdir infeksiyanı müalicə etmək üçün istifadə edilir. Tərkibində eugenol deyilən güclü bir maddə var. Bakteriya öldürmədə istifadə olunan bu maddə diş məcunlarının tərkibində də var. 

Diş ağrısına təbii üsulla sakitləşdirici

5. Ağrıyan diş bölgəsinə soyuq kompres ya da soyuq su ilə ağzı çalxalama keçici ağrını yüngülləşdirir. Bu vəziyyətin tam tərsi də yəni, ağrıyan diş bölgəsinə isti kompres edilməsi ya da isti su ilə ağzı çalxalama da keçici ağrını yüngülləşdirir. 

6. Gecə diş ağrısı yaranırsa, yatan vəziyyətdə olmaq ağrını artıracağından yastığı qaldıra bilərsiniz.

 

8 may 2017
GO BACK