Memorial Xəstəxanasının Kardioliji Bölümündən həkim Altınmakas, ürək xəstəliklərindən qaynaqlanan nəfəs darlıqları və müalicə üsulları haddında məlumat verdi.
Fərqli xəstəliklərin əlamətləri ola bilər
Nəfəs darlığı ürək xəstəlikləri, qan azlığı, tiroit, skolioz, qəbizlik, böyrək xəstəlikləri və ya psixoloji səbəblərə görə yarana bilər. Nəfəs darlığı yaşayan insanın, bunun hansı xəstəliklərdən qaynaqlandığını aydınlaşdırmaq olduqca çətindir. Bu vəziyyətin ürək xəstəlikləri kimi həyati riskə səbəb ola biləcək xəstəliklərdən qaynaqlanıb, qaynaqlanmamasının aydınlaşdırılması üçün mütləq mütəxəssis bir həkimə bildirilməlidir.
Yuxudan oyandırırsa, qəlbinizə diqqət
Ağır efor tələb edən işlər, idman və ya yorucu bir fəaliyyətdən sonra nəfəs alıb-vermənin və ürək döyüntüsünün tezləşməsi normal qəbul edilməkdədir. Ürək çatışmazlığı, ürək damarlarının tıxanması, ürək əzələsinin funksiyasını lazımınca yerinə yetirməməsi, ürək böyüməsi də nəfəs darlığı yaşanmasına səbəb ola bilməkdədir.
Ürək xəstəlikləri ilə bağlı nəfəs darlıqları ümumilikdə;
- Yuxudan oyandırıb hava almağa ehtiyac hiss etdirər
- Ağır olmayan eforlardan sonra ortaya çıxan xüsusiyyətlərdir.
Təzyiqinizi yoxlamağı unutmayın
Gizli düşmən olaraq tanınan təzyiq yüksəkliyi heç bir əlaməti göstərmədən də ilərləyə bilir. Günümüzdə hər üç insandan birində olan yüksək təzyiq problemi, cüt görmə, baş fırlanması və ağrısı kimi şikayətlərlə ortaya çıxarkən nəfəs darlığıda sıx görülən əlamətlər arasındaadır.