Masaj
Masaj ruh halınıza təsir edir. Masajdan sonra bədəndə əzələ gərginliyi azalır və serotin çoxalır.
Günəşdən zövq alın
Günəş işığında olarkən beyin serotin maddəsi istehsal etməyə başlayır. Günəş işığı D vitamini ilə yanaşı serotin maddəsini də artırır.
Qidalanarkən daha çox maqnezium qəbul edin.
Maqnezium, sadəcə serotinin miqdarına təsir etməklər qalmaz, eyni zamanda qan təzyiqini idarə edər və sinir funksiyasını nizama salar. Araşdırmalara görə, bəzi xəstələrin xroniki depresiya dövrlərindən xilas olmasına kömək edir. Tünd yaşıl yarpaqlı göyərtilər, balıq, banan və lobya kimi qidalar maqneziumla zəngindir.
Şəkəri azaldın
Serotin azlığının ən başlıca səbəbi şəkərli qidaların çox qəbulu sayılır. Şəkəri azaldın, özünüzü diabet və ürək xəstəliklərindən qoruyun.
C vitaminini artırın
C vitamini, B vitaminləri kimi serotin üçün vacib olmasa da, əhvala təsir edən vitamin sayılır. C vitaminin depresiya üçün əla vitamin olduğu bildirilir.