Gigiyena insanın 1-7 yaş arası inkişafında öyrədilməsi lazım olan həyatın zəruri məsələlərindən biridir. Gigiyena dedikdə, ilk anlamalı olduğumuz şey, vücud təmizliyi və özünə qulluqdur. Bu məsələdə ən böyük amil isə sosial cəmiyyətdəki mədəniyyətin quruluşu və o quruluşun özünə xas adətləridir.
Vücud təmizliyi anlayışının mədəniyyətlərdən asılı olaraq, fərqli olduğunu bilirik. Dinə bağlı rituallar, coğrafi mövqe, iqtisadi durum və digər amillər, təmizliyin və yaşam komfortunun fərqli olmasına səbəb olur. Bu nöqtədən baxdıqda, bu amillər qadın-kişi münasibətlərində də böyük rol oynayır. Amma bunları bir kənara qoysaq, bütün coğrafi ərazilərdə və oradakı mədəniyyətlərdə qadının daha baxımlı, təmiz və süslü olması gözləniləndir. Amma demək olar ki, hər bir cəmiyyətdə təsdiqlənən bir həqiqət var ki, o da cinsindən aslı olmayaraq təmiz və nizamlı bir insan olmaqdır. Çünki cismi olaraq pak, gözəl qoxan, əl və ayağını təmizləmiş, sadə, səliqəli geyimli, makiyajı qüsurlarını örtmək üçün deyil, gözəl və sağlam görünmək üçün istifadə edən insan, digər insanlardan daha cəlbedicidir.
Tibbi gigiyena.
Gündəlik həyatda fərqinə varılmayan gigiyenik səhvlər, sonradan insan sağlamlığında müxtəlif problemlərə yol açır. Bu baxımdan şəxsi gigiyena qaydalarında tibbi gigiyena da nəzərə alınmalıdır. Buna əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyəvi təsirlər zərərsizləşər, insanın sağlamlığı qorunmuş olar.
Günümüzdə bu istiqamətdə vacib məslələrdən biri də şəxsi gigiyena üçün istifadə olunan antibakterial sabunlardır. Bu antibakterial sabunlar insanın hormonal tarazlığına təsir göstərir və zənn edildiyi qədər faydalı deyil. Bunu heyvanlar üzərində edilən testlər müəyyən edib. Testlərdə antibakterial sabunların tərkibində hormon tarazlığını pozan "triclosan" adlı kimyəvi maddənin aşkar edildiyi bildirilir. Bu maddənin evdəki təmizlik vasitələrində və diş pastasında da olduğu deyilir. Aparılan araşdırmalara görə antibakterial sabunların, xəstəliklərə qarşı qorunmada normal sabunlardan bir o qədər fərqi yoxdur.
Başqa bir məlumatda isə, paltar təmizliyi istiqamətində mikrobiologiya mütəxəssislərinin tədqiqatları göstərilir. Araşdırmalarda, alt paltarlarının paltar yuyan maşında yuyulması zamanı "Koli basili" adı verilən qalın bağırsaq bakteriyalarının suya qarışaraq geyimlərə bulaşdığı müəyyən edilib. Bu baxımdan mütəxəssislər bildirirlər ki, paltarları yuyaraq təmiz etmək mümkündür, lakin bakteriyaların yayılmasının qarşısını almaq asan deyil. Bunun qarşısını almağın yolu, paltarları 150 dərəcədə yumaq və sürətli qurudan paltar maşınında qurutmaqdır.
Qoxu.
İnsanlararası əlaqələrə təsir edən ilk şeyin təmizlik olduduğu məlumdur. Bu saç, əl, ayaq, qulaq, ağız və diş təmizliyidir. İkinci təsir edən şey isə ətirdir. İnsanın necə iy verdiyi - kirlimi, təmizmi olmasıyla yanaşı, seçdiyi sabun və ya ətirin qoxusu da o insanın şəxsiyyətini və imicini əks ətdirir. Ətir insan psixologiyasında çox mühüm amildir. İçində xatirələri, məkanları və şəxsləri xatırlatma xüsusiyyətinə də malikdir. Ətirin qadına xaslıq kimi qəbul edilməsi fikri bütün dünyada geniş yayılmışdır. Bununla yanaşı ətir istifadə edən bir sıra kişilər də mühafizəkar istehlakçılardır. Onlar yeni bir ətri qoxladıqda xeyli resessiv davranırlar. Bəziləri xoşlarına gəlməyən qadın ətirlərini tənqid edir, qoxunun fərdi bir seçim olması məsələsini gözardı edərək, müdaxiləçi ola bilirlər. Bu intervensionizmə makiyaj və s. məsələlər də daxildir.
Vasvasılıq və təmizlik xəstəliyi.
Təmizlik xəstəliyi olaraq adlandırılan bu xəstəlik əslində obsesiv-kompulsiv pozuntulardan biridir. Obsessiv təmizlik bağlılığı, hər şeyin çirkli olması hissinə qapılma və hər şeyi davamlı olaraq yuma-silmə kimi hərəkətlərin davamlı şəkildə təkrarlanmasıdır. Bunun səbəbi əndişə pozuqluğu (Anxiety disorder), şübhəçilik və əminsizlik hissi və ilişib qalmış düşüncələrdir. İnsan özü bu pozuntuların məntiqdən kənar olduğunu bildiyi halda, öz davranışlarına mane ola bilmir. İlişib qalmış düşüncədən xilas olmağa və unutmağa səy göstərsə də, çox vaxt müvəffəq ola bilmir. Məsələn, əlini yuduğu halda əmin ola bilmədiyi üçün təkrar yuya bilir. Bu xəstəlik müalicə edilə bilən bir xəstəlikdir. Lakin müalicə edilmədiyi müddətdə ciddi sağlamlıq problemləri də ortaya çıxara bilər.
Coşqu İsmayılzadə