Göz qan çəkməsinin səbəbi hər zaman bilinmir, ancaq birazdan verəcəyimiz səbəblər gözdə qan çəkməyə səbəb ola bilər:
Şiddətli öskürək
Güclü bir şəkildə asqırma
Qusma
Şiddətli qəbizlik
C vitamini çatışmamazlığı
Qrip və qızdırma kimi xəstəliklər gözün qan çəkməsinə səbəb ola bilər.
Göz qan çəkməsinin təbii yolla müalicəsi mümkündür:
Buz kublar
Buz kublarını kağız dəsmalın içinə qoyub qapalı gözünüzün üzərinə qoyun.
Soyuq süd
Kiçik pambıq parçalarını soyuq südlə isladın. Sonrada ağrıyı və qızartını götürməsi üçün göz qapaqlarının üzərində biraz saxlayın.
Çay paketləri
İşlənilmiş çobanyastığı çayı və yaşıl çay dəmlik paketlərini ilıqlaşdırdıqdan sonra gözünüzün üzərində saxlayın. Qan çəkmə keçənə qədər tətbiq etməyə davam edin. Bir müddət sonra qanamanın azldığını görəcəksiniz.
Kartof, xiyar, alma
Kartof, xiyar və alma sakinləşdirici xüsüsiyyətləri ilə bilinirlər. Yorğun gözlərin yaxşılaşması üçün bu meyvə və tərəvəzlər çox xeyirlidir. Dilimlənmiş soyuq dilimli xiyarları 10 və ya 15 dəqiqə gözünüzün üstündə saxlayın. Eyni qaydanı kartof və almada da yoxlaya bilərsiniz.
Göz qan çəkməsini meydana gəlməsini istəmirsinizsə, sizə verəcəyimiz tövsiyələri yerinə yetirə bilərsiniz. Göz qan çəkməsinin meydana gəlməsini istəmirsinizsə, ilk öncə yuxu rejiminizə diqqət etməlisiniz. Yatarkən yastığınızı mümkün qədər dik qoyun. Beləliklə, gözün qan çəkməsinin qarşısını almış olacaqsınız. Gur işıq və tozdan mümkün olduğu qədər uzaq olun. Küçəyə çıxarkən hər zaman qoruma məqsədli gün eynəyindən istifadə edin.