Qadin.NET / Böyrəklərimizi zədələyən davranışlar

Böyrəklərimizi zədələyən davranışlar

Professor Murat Tuncer, günlük həyatda etdiyimiz və yavaş-yavaş böyrək sağlamlığına ciddi zərərlər verən 5 hərəkəti bildirdi:

Böyrəklərimizi zədələyən davranışlar

Çox protein qəbul etmək

Bir çox böyrək xəstəliyində sidiklə atılan protein miqdarı artır. Sidikdəki bu artmış protein zamanla böyrək təməlində geri dönüşü olmayan zərərlərə yol aça bilir. Bu vəziyyətdə çox protein tükətmək, böyrək xəstəliyinin tezləşməsinə yol açır. Bir çox gəncin bədənini inkişaf  etdirmə adına idarəsiz bir şəkildə istifadə etdiyi proteinlər də böyrək çatışmazlığına yol açır.

Böyrəklərimizi zədələyən davranışlar

Şüursuz dərman istifadə etmək

 Şüursuzca antibiotik və ağrı kəsicilər istifadəsi böyrək çatışmazlığına yol aça bilir. Həkim tərəfindən tövsiyə edilmədikcə dərman istifadə olunmamalıdır.

Böyrəklərimizi zədələyən davranışlar

Çox duz istifadəsi

Sağlam bir insan üçün gündə 4 qram yemək duzu istifadəsi kafidir. Çox duz istifadəsi, qan təziqini artıraraq ürək və damar xəstəlikləri ilə birlikdə böyrək xəstəliklərinə də yol açır. Bunun üçün ilk addım olaraq masadan duz qaldırılmalıdır.

Böyrəklərimizi zədələyən davranışlar

Sidik saxlamaq

Su içmək nə qədər günlük bir vədrişdirsə, sidik atmaqda zərərli maddələrin atılması üçün vacib bir hərkətdir. Ancaq bir çox insan müəyyən səbəblərdən sidiyi gün ərzində sıxlıqla saxlamaqdadır.  Sidik saxlamaq təkrarlanan sidik infeksiyasına və böyrək çatışmazlığına səbəb olur. Bir nəfərin normalda gündə 4-6 dəfə sidiyə getməsi lazımdır.

Böyrəklərimizi zədələyən davranışlar

Lazımın qədər su içməmək

Su içmək, insan sağlamlığı üçün çox vacibdir. Bədən susuz qalarsa, ilk olaraq böyrəklərə təsir edər. Çünki su içmək qan təziyiqini yavaşladır. Normal vaxta bir dəqiqədə ürəkdən ixrac olunan qanın yüzdə iyirmisi böyrəklərə gedir. Beləliklə, bədənin susuz qalması ilə ilk olaraq böyrəklər siqnal  verir. Sağlam bir insanın gündə 1,5-2 litr su içməsi lazımdır. Bədənin ehtiyacı olan suyun alınmaması halsızlığın yanında böyrəklərdə daşın yaranmasına da səbəb olur.

10 mart 2017
GO BACK