Dil yanmasının tez keçməsi üçün sizə bəzi təcrübələr göstəririk.
Ağzınızdan nəfəs alın
Isti bir şey yedikdən sonra o saat tüpürün, dilinizi çölə çıxarıb ağzınızdan nəfəs alın. Ağzınızdan nəfəs aldığınızda soyuq hava içəri girərək yanmanı azaldacaq.
Soyuq bir şey yeyin və ya için
Tez bir şəkildə soyuq bir şey yiyib içmək dilinizin istilik dərəcəsini aşağı salacaq, toxuma zədələrini təmin edəcək. Buz ya da, buzlu dondurma ağzınızda saxlaya bilərsiniz. Soyuq bir içkini kiçik qurtumlarla alın.
Ağzınızdakı iliq suyu yaxalayın
2013-cü ildə edilən bir tərcübəyə görə, yanıqlardan sonra zədəni azaltmaq üçün ilıq su istifadə edilə bilərsiniz. İlıq suya bir az da duz atsanız infeksiyaları öldürəcəksiniz.
½ çay qaşığı duzu bir stəkan ilıq suya qarışdırıb ağzınızda 30 saniyə çalxalayın sonra tüpürün. Diliniz sağalana kimi gündə bir neçə dəfə edə bilərsiniz.
Bal
Bal, anti-bakteriya xüsusiyyəti ilə bakteriaların zədə görən dəridə infeksiya yaratmasının qarşısını alır, şişi və ağrını azaldır, sağalmasını tezləşdirir.
1 çay qaşığı dilinizə yayın, dilinizin üzərində mümkün ola biləcəyi qədər saxlayın. Gündə 2-3 dəfə təkrarlayın.
Bal 1 yaşından aşağı olan uşaqlara verilməməlidir!
Aloe vera
Aloe vera sadəcə toxuma zədəsini sağaltmaqla dayanmır, eyni zamanda sağalma vaxtını tezləşdirir, ağrı və infeksiyaları azaldır.
Aloe vera yarpağından hazırlammış jeli dilinizə çəkərək yanmanı azalda bilərsiniz. Gündə bir neçə dəfə təkrarlayın.
Qatıq
Qatıq yanıq istiliyini yox edəcək, ağrını azaldacaq.
½ stəkan sadə qatıqdan bir miqdar ağzınıza alın, udmadan əvvəl bir müddət ağzınızda saxlayın. Bütün qatıq bitənə kimi eyni qayda ilə davam edin.
Şəkər
Şəkər yanma hissinin qarşısını alır. Dad alma qabiliyyətini inkişaf etdirir. 1 çay qaşığı şəkəri dilinizə qoyub damağınıza sıxın. Şəkər əriyənə kimi saxlayın. Qan şəkəri yuxarı olanlara tövsiyyə olunmur!
Nanəli diş məcunu
Nanəli diş məcununda olan mentol dili keyidəcək və infeksiyanı qzaldacaq. Antibakteriya təsiri ilə infeksiya riskinin də qarşısını alacaq.
Dilinizdəki yanığa diş məcunu çəkib dilinizi çıxararaq qurumasını gözləyin. Sonra soyuq su ilə yuyun.