Qadin.NET / Həkimlə ünsiyyət qorxusu

Həkimlə ünsiyyət qorxusu

Həkimlə ünsiyyət qorxusu

 

– bəs görəsən bu problemim nədən qaynaqlanır? ciddi birşeydir?

+ bayaq həkimindən niyə soruşmadın?

– nə bilim.. qorxdum sual verməyə. hirslənərdi birdən..

Bu tip dialoqlara çox rast gəlirik. Nəinki həkim, başqa sahə üzrə işləyən insanlara qarşı da belə bir çəkingənlik var xalqımızda. Həkimin, istənilən mütəxəssisin vəzifəsi, məsuliyyətidir sizi məlumatlandırmaq, muayinə etmək, sizi dinləmək və ən əsası da anlamaq. Əgər birindən verdiyiniz suala qarşı hər hansısa məsuliyyətsizlik hiss edirsinizsə, bu haqda ona fikrinizi bildirmək və hörmətli şəkildə, səbrlə cavabı gözləmək də sizin haqqınızdır.

Bir həkimin, mütəxəssisin qəbuluna gələn şəxslə görüşdə diqqət etməli olduğu məqamlar:

– Rəsmi, lakin, səmimi şəkildə qarşılamaq,

– Şikayət vəya müraciətini dinləmək və anlamaq,

– Onun özünü rahat hiss etməyinə şərait yaratmaq,

– Onun güvənini qazanmaq,

– Ona hörmət etdiyinizi hiss etdirmək

– Verdiyi məlumatların gizliliyə həssas yanaşdığından əmin etmək və s.

Bir həkimi, mütəxəssisi araşdırarkən vəya ona sual yönləndirərkən, diqqət etməyimiz lazım olan məqamlar:

– Onunla görüşünüzün məqsədindən kənara çıxmamaq,

– Şəxsi həyatına dair suallar verməmək,

– Rəsmi, lakin, həm də səmimi olmaq,

– Çəkinmədən, nəzərdə tutulan sualları yönləndirmək,

– Həkimlə görüşməzdən öncə soruşmaq istədiyiniz sualları qeyd apararaq, konkretləşdirmək və s.

İstər psixi, istərsə də ümumi sağlamlığımızla bağlı şikayətimiz vəya şübhəmiz varsa, bunu biriylə paylaşmaq çox çətindir. Biraz zaman alır. Lakin, həmin sahəyə aid olan mütəxəssisi tapmış olmaq, bu yükü çox azaldır. Görüş ərəfəsini özünüz üçün çətinləşdirməyin. Sizin rahatca özünüzü ifadə etməyiniz, həkimə də kömək edəcəkdir. Əgər özünü ifadə ilə bağlı sıxındı yaşayırsınızsa, bunu həkimin anlamağı və sizə rahat olacağınız şəraiti yaratmağı lazımdır.

 

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə..

 

Psixoterapevt Şəbnəm Sadıqova

 

18 yanvar 2017
GO BACK