Qadin.NET / Avitaminoz

Avitaminoz


AVİTAMİNOZ-vitamin ehtiyatının tükənməsi nəticəsində orqanizmdə kliniki simptomların yaranmasıdır.Bu xəstəlik deyil,amma bunun nəticəsində ağır xəstəliklər yarana bilər.


 

Əlamətləri:

VİTAMİN C azlığında-sümük-əzələ ağrıları,damağın qanaması,üzün rənginin bozarması,soyuqlama,saçların tökülməsi.

B1 VİTAMİNİNİN çatışmazlığı-depressiya,yaddaş zəifliyi,baş ağrıları,ürək nahiyyəsində ağrı,əsəbilik,qəbizlik,sürətli arıqlama.

B2 VİTAMİNİNİN çatışmazlığında-süd və ət məhsullarından az istifadə etdikdə yaranır.Dodaqlarda ağrılı çatlar,ağızın kənarlarının quruması,qaşınması,burunun içində yaralar,görmənin zəifləməsi.

B6 VİTAMİNİNİN çatışmazlığı-qıcolma,həyəcan,yuxusuzluq,qusma,ürəkbulanma,nevrit. 

A VİTAMİNİNİN çatışmazlığında-dəri quruluğu,dərinin erkən qocalması,qırışması,hərarətin yüksəlməsi,anemiya,görmənin zəifləməsi.

Bütün bu səbəblər Avitaminozun yaranmasına səbəb ola bilir.

 

Aşağıdakılara diqqət edin: 

1.Tərəvəz və meyvələr yaxşı yuyulmalı,lakin suda çox saxlamaq olmaz.

2.Qabıq çox nazik soyulmalıdır.

3.Salatı hazırladıqdan 10 dəq. Sonra yeyilməlidir.

4.Tərəvəzi bütöv bişirməyə çalışın.

5.Meyvə və tərəvəzi çiy yemək məsləhətdir.

6. Meyvə və tərəvəz alarkən,bərk və saflarını seçin.

7. Meyvə və tərəvəzi gündəlik istifadə edəcəyiniz miqdarda alın.

8.Dondurulmuş və konservləşdirilmiş meyvə-tərəvəzdən az istifadə edin.

9.Tərəvəzi çox miqdarda suda bişirməyin.

10.Tərəvəzli xörəyi soyuducuda bir gündən artıq saxlamayın. 

Allah hamıya şəfa versin.Amin!

21 iyun 2011
GO BACK