Bir işlə məşğul olduğunuz zaman, diqqətiniz çox dağılır? Tək deyilsiniz. Bu dövrün xəstəliyi olan “ Dağınıq Beyin Sindromudur”. Araşdırmaçılar bunun üçün həll yolları hazırlayıblar.
Bir çox expert, eyni anda bir çox işi görməyin işin keyfiyyətini aşağı saldığını deyir. Bir işə diqqət kəsildiyimiz zaman daha çox iş görürük. Beynimiz bir anda ancaq bir iş görəcək qabiliyyətdədir. BBC Türkçe-nin xəbərinə görə eyni anda bir neçə işi gördüyümüzü düşünsək də, əslində belə deyil, beyinmiz davamlı olaraq bu işlər arasında gedib-gəlir.
Bu isə beynin idrak bacarığının zəifləməsinə səbəb olur. 2007də aparılan araşdırmaya görə, işləyənlərə 3 dəqiqədə bir gələn mesajlar və bildirişlər onların davamlı olaraq işlərində fasilə yaradır. Bu şəkildə itirilən zaman, yaradıcılığın azalamasına, hətta xəta və yorğunluq isə 50 min işçisi olan şirkətə ildə 1 milyard dolları itirməsinə səbəb olur.
Texas Universitetinin Beyin Sağlamlığı Mərkəzinin yaradıcısı Dr.Sandra Bond Chapman-a görə, eyni anda bir çox işi görməyə çalışmaq səthi düşünməyə, yaradıcılıq əksikliyinə, xətaların çoxalmasına və lazımsız məlumatların silməməsinə səbəb olur. Eyni bir çox işi görmək stressi artırdığı kimi, intellektual səviyyənin aşağı düşməsinə səbəb olur.
Diqqət dağınıqlığının qarşısını almaq və daha çox iş görmək üçün yollar:
- Diqqət toplamağa kömək edəcək mühit yaradın. Mesaj və bildirişlərin səsini alın.
- Telefon və digər cihazları əliniz çatmayan yerlərə qoyun.
- Toplantıya sadəcə qələm, kağızla gedin
- Zaman sərf etdiyiniz və diqqət dağınıqlığı yaradan işlərdən uzaq olun.
- Mesajları cavablamaq üçün müəyyən bir saat seçin.
- İnsanlar sizinlə nə vaxt əlaqə yarada biləcəklərini bilsinlər.