Qadin.NET / Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Sərt qış günlərinin qapımızı çaldığı bu günlərdə sağlamlığımızı qorumağa çox daha çox diqqət göstərməyimiz lazımdır. Xüsusilə, yaşlılar, ürək, ağciyər xəstələri olanlar, xərçəng müalicəsi görənlər, qaraciyər, böyrək çatışmazlığı olanlar və kiçik uşaq immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli sərt havalarda daha asan xəstələnirlər. Soyuq havaya hazırlanmağın yolları haqqında tövsiyyələri kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq;

 

Əvvəlcə  qeyd edək ki, nə qədər hazırlıqlı olaraq soyuq havaya çıxsaq da çöldə qalacağımız müddəti mümkün qədər qısa tutmağı planlamalıyıq. Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək zəifləyir və xəstələnməyə uyğun hala gəlirik.

 

Bir və ya iki qalın sviter əvəzinə qat-qat geyilən paltarlar lazım olduqda gün ərzində olduğumuz isti mühitlərdə tərləməyi əngəlləmək, mühitə uyğunlaşmaq üçün incəldilməlidir. Əks təqdirdə bədənimizdə yaranan tər çölə çıxdığımızda soyuqlamağımıza və əzələ tutulmalarına səbəb ola bilər. Neylon əsaslı hava keçirməyən parçalar əvəzinə tərləməyə mane olan və islanmağa qarşı qoruyucu xüsusiyyətli paltarlar geyinmək məsləhətdir. 

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlar, yəni soyuğa ən dayanıqsız bölgələrimizi cüt qat əlcək, corab və papaqla çox daha yaxşı qorumamız lazımdır. Başı qorumamaq soyuqlama nəticəsində sinusitis, orta qulaq və badamcıq iltihabına səbəb olur.

Xüsusilə, ağciyər və ürək xəstəliyi olanların mümkün qədər soyuq havalarda çölə çıxmamalıdır, çıxdıqda isə geyimlərinə daha çox diqqət etməlidirlər. Ağciyər problemi olanların burun və ağızdan soyuq havanı ciyərlərinə çəkmələri başda soyuqdəymə, qrip və daha da əhəmiyyətlisi sətəlcəm riskini artırır. Bu səbəblə qalın şal, qar maskası, qalın papaqlar və bənzəri geyimlər istifadə etməlidirlər

Ürək damar xəstələrinin soyuğun bədəndə yaratdığı stress hormonunun artımı səbəbiylə ani damar daralması nəticəsində baş verə biləcək infarkt riski səbəbiylə çox daha diqqətli olmalarıdırlar. Bir neçə qat corab geyərkən, xüsusilə, şəkər xəstələrinin ayaqqabı döyməsi problemi yaşamamaq üçün möhkəm ayaqqabı geyməmələri təklif edilir.

Yüksək təzyiqi olanların burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlardakı kapilyar damarların soyuqdan büzüşməsi nəticəsində təzyiqləri daha da yüksəldiyi üçün, həkimlə məsləhətləşərək yanlarına təcili vəziyyətdə istifadə edə biləcəkləri dərmanlarını almaları tövsiyə edilir.

Ayrıca, soyuq və qarlı havalarda mütləq yanınızda olması gərəkən vasitələrdən biri də qar eynəyidir. Qar eynəkləri göz quruması və gözdə qızartıların  yaranmasına mane olur

Yetərli maye qəbulu olmadan uzun müddət soyuqda qalmaq bədənin uc nöqtələrində susuzluğa bağlı olaraq kapilyar damarlarda daralmağa səbəb olur, bu vəziyyət həm soyuq yanığı deyilən donmalara, həm də mikrobların çölə atılması üçün lazım olan bəlğəmin qatılaşmasına gətirib çıxarır.

 

Ardı var...

1 oktyabr 2016
GO BACK