Yay aylarında bir çoxumuz tüdləşmiş dəriyə sahib olmaq günəşlənmək istəyirik. Fəqət lazımlı tədbirlər almayanda və gönəşin ultrabənövşəyi şüalarına çox məruz qalanda dəridə yanmalar neydana gəlir. Bu yanıqlar yuxu almanıza belə mane olacaq səviyyəyə gəlib çıxa bilir. Hətta yanıq olan bölgələrə toxunmaq olmur. Xüsusilə açıq dərili insanların günəş yanmasına dahə meyilli olduğunu nəzərə alsaq olarda yanma daha qısa müddətdə başa gəlir. Günəş dəriyə təmas etdikdən 1-6 saat sonra ilkin əlamətlər özünü göstərir. Yaxşı bəs günəş yanığına məruz qalanda ağrını ən aza endirmək və rahatlamaq üçün nə edə bilərik? Ilk olaraq, sizi rahatlada biləcək və yanığın əlamətlərini azalda biləcək ilk üsul su dolu bir vannaya girib bir az dinlənməkdir. Əgər yanma dərəcəniz daha çoxdursa vannanın içinə iki qaşıq təbii alma sirkəsi əlavə edin. Sirkə yanma hissini azaltmaqda önəmli bir vasitədir. Alma sirkəsinə əvəzedici olaraq yarım bardaq soda da əlavə edə bilərsiniz.
Karbonat və lavanda yağ qarışımı istiliyi azaldıcı və iltihabı aradan qaldırma xüsusiyyətə malikdir. Təxminən 250 qram karbonatla 10 damci lavanda yağını qaışdırıb yanığ olan nahiyənizə çəkin.
Aloe vera şirəsi günəş yanığlarına qarşı olduqca təsirli bir vasitədir. Yanıq olan təbəqəyə incə formada sürtülməlidir. Bir çox günəş yanığı kreminin tərkibində də olan kalendula bitkisi yanıqlara qarşı effektiv bir vasitədir. Bir çay qaşığı qədər qurudulmuş kalendula bitkisi bir fincan qaynanmış su ilə qarışdırılır və 10 dəqiqə dəmləməyə qoyulur. Bu çay yanıq olan bölgələrə soyuq kompres şəklində qoyulur.
Əgər günəş yanıqlarının nəticəsində vücudunuzda suluqlar meydana gəlibsə kirpiotu çayından infeksiyalara qarşı istifadə edə bilərsiniz. Soyuq olmaq şərtilə qara çay da yanıqlara yaxşı təsir edir. Soyumuş qara çayı yanıq olan nahiyələrinizə sürtə bilərsiniz. Xiyar və çiyələyin yanıqları yaxşılatmaq istiqamətində çox faydalı tərəfləri vardır. Dilimlədikdən sonra soyuq xiyar və ya çiyələyi yanıq olan bölgənizə gəzdirə bilərsiniz.
Tez bir anda rahatlamaq istəyirsinizsə bir salafanın içinə buz qoyun və əliniz çatan yerlərə gəzdirin.
Əlavə olaraq, günəş yanığınız varsa o yanığı sürtəcək paltarlar geyməkdən uzaq durun. Təkrar günəşə çıxmaq yanıqların daha çox ağrımasına və dərəcəsinin artmasına səbəb olacaq. Yanıqdan sonra günəşlə ünsiyyətdə az olun. Əgər yanıq açıq bir haldadırsa nəmləndirici kremlərdən uzaq durun.
Qatıq sürtmək günəş yanığına kömək edirmi?
Günəş yanıqlarına qatıq sürtmək xalq arasında yayılmış ən geniş vasitələrdən biridir. Əgər yanıq yara və ya suluq halına gəlməyibsə qatıq sürtülə bilə. Fəqət qatığı dəridən qurumadan yumaq lazımdır. Bu səbəbdən də qatıq ikinci planda olmalıdır. Ilk olaraq isə yuxarıda sadalanan vasitələrdən birindən istifadə etməyə çalışın. Günəş yanması vəziyyətində etməli olduğunuz ən əhəmiyyətli hərəkətdən biri də bol-bol su içməyinizdir. Su dərinin nəmlənməsinə daxildən təkan verərək yanığın sağalmasına kömək edəcək.