Qadin.NET / Bədən bütövlüyü ilə bağlı şəxsiyyət pozuqluğu

Bədən bütövlüyü ilə bağlı şəxsiyyət pozuqluğu

 Bədən bütövlüyü ilə bağlı şəxsiyyət pozuqluğu

Bədən bütövlüyü ilə bağlı şəxsiyyət pozuqluğu (Body integrity identity disorder – BIID)

Bu psixoloji xəstəliyə diqqət ABŞ-da baş vermiş bir hadisədən sonra daha da artdı. Belə ki, 30-lu yaşlarındakı Jewel Shuping uşaqlıqdan bəri kor olmaq xəyalı ilə yaşamış, gənc yaşlarında əngəlli insanlar kimi hərəkət etmiş, və nəhayət bu arzusundan vaz keçməyərək özünü kimyavi maddə ilə kor etmişdi. İnsanları heyrətə salan bu hadisə Jewel üçün dünyanın ən böyük həzzi idi. Ona bu həzzi yaşadan səbəb daşıdığı xəstəliyin özəllikləridir. Və çox təssüf ki, Jewel bu psixoloji xəstəlikdən əziyyət çəkən tək insan deyil. 

Bədənin qol, qıç, barmaq, göz kimi üzvünün və ya orqanının özünə aid hiss edilmədiyi, sağlam olmasına baxmayaraq çox vaxt əməliyyatla kəsilib bədəndən ayrılmasını şiddətlə və israrla arzu edildiyi, əməliyyatdan sonra arzunun itdiyi bir xəstəlikdir. 

Belə xəstələr istənilməyən üzvlərinin çirkin olmasa da onları qüsurlu ya da əngəlli etdiyini hiss edirlər. Çox vaxt üzvləri həqiqətən kəsilmiş, əngəlli insanları qısqanır, onlara həsəd aparır və bu hissə görə çox utandıqları üçün bunu biruzə vermirlər. İki qolu ya da iki qıçı olmasından narahatlıq duyur, o üzvündən xilas olduqları təqdirdə rahatlayacaqlarını düşünürlər. Əməliyyat etməsələr belə həmişə bunun xəyalini qurur, üzvləri kəsiləndən sonra onun əksikliyini hiss etmirlər.  

Bədən bütövlüyü ilə bağlı şəxsiyyət pozuqluğu

Səbəbi hələ dəqiq olaraq bilinmir. Çox nadir görülən bir pozuqluqdur və bir çox insan üçün qəribə gəlsə də psixiatrlar bu pozuqluğun ağıl xəstəliyi olmadığını düşünür. Beyin araşdırmalarında bəzi dəlillər müəyyən olunması səbəbiylə neyro-psixiatrik bir pozuqluq olaraq qəbul edilir. 

Bu xəstəlikdən əziyyət çəkən insanlar çox zaman sağlam bədən üzvünü cərrahi yol ilə kəsdirə bilmədikləri üçün, istəklərinə nail olmaq üçün müxtəlif çür “qəza planları” qururlar. Beyinlərində özlərinin olmadığına inandığı orqanı müxtəlif süni yaradılmış hadisələrlə zədələyir nəticədə kəsilib atılmasına şərait yaradırlar. Və ya internetdən qeyri-qanuni yollarla əldə etdikləri alətlərdən istifadə edirlər.

Latviyali model Viktoria Modesta da bir ayağının əyri olduğunu iddia edərək həkimlərdən onun sol ayağının dizdən aşağı hissəsinin kəsilməsini istəmiş.

Əməliyyatdan sonra isə kliplərində və çəkdirdiyi fotoşəkillərində protezini sanki bir aksesuar kimi istifadə edir.

Aynur Alimuradbəyli

5 iyul 2016
GO BACK