Böyrək daşı xəstəliyi böyrəklərin ən çox yayılmış xəstəliklərdən biridir. Bu zaman böyrəklərdə və sidik xaric edən başqa orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də böyük ( 15 sm-dək) ölçülərdə ola bilər. BeI hallarda böyək daşları özünü heç bir əlamətlə biruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansi bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazi zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayət olunurlar. Böyrək daşı xəstəliyinin risk faktorları:
İrsi meyilli olması;
Mədə -bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.)
Sidik-cinsiyyət sisteminin (pielonefit, prostatit, prostat vəzinin adenoması, sistit və s,) xroniki xəstəlikləri;
Qalxana bənzər vəzin funksiyasının pozulması;
Osteomielit, osteroporoz, sümüklərin digər xəstəlikləri;
Müxtəlif mənşəli zəhərlənmələr və ya infeksiya xəstəliklər nəticəsində organizmin uzun müddət susuzlaması;
Orqanizmdə baş verən vitamin çatışmamazlıqları;
Sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbulu;
Tərkibində duzların yüksək səviyyədə oldugu suların qəbul edilməsi;
Coğrafi faktor: isti ilıq şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;
Ultrabənövşəyi şuaların daimi çatışmamazlığı.
Böyrək daşı xəstəliklərinin əlamətləri:
Bel nahiyəsində ağrılar
Böyrək sancısı
Sidik ifrazının tezləşməsi və agrılı olması
Sidikdə qanın olması
Sidiyin bulanması
Arterial təyziqin yüksəlməsi
Bədən temperaturunun 38-40 C -yədək yüksəlməsi