Qadin.NET / Nə qədər stress o qədər bruksizm

Nə qədər stress o qədər bruksizm

Nə qədər stress o qədər bruksizm

Gün boyu şəhər həyatı, və ya iş həyatına bağlı yaşanan stress, nizamsız qidalanma vərdişi, hərəkətsizlik yuxu pozğunluğuna səbəb ola bilər. Bu yuxu pozğunluqlarından biri də gecə yuxuda diş qıcama olaraq bilinən bruksizm xəstəliyidir. Diş Həkimi Cansın Özgür bruksizm ilə bağlı bir çox önəmli noqtəni qeyd edib.


Bruksizm gündüz v
ə ya gecə diş sıxma, qıcama rahatsızlığıdır. Aparılan araşdırmalar yaşlı insan kütləsinin 8%-nin bu rahatsızlığa müptəla olduğunu ve təsirləndiyini göstərir.

Bruksizmin yaranmasında şəxsin hissiyat durumu, irsiyyət vəziyyəti, çeynəmə formasındakı var olan, yaxud sonradan qazandığı çatışmazlıqların mövcudluğu təsir göstərir. Bu vəziyyət dişlərdə aşınmaya, qırılmağa, çənə, damaq, əzələ ağrılarına yol aça bilər.

Bruksizm yaratdığı problemlərlə özünü büruzə verir. Bunların başında dişlərdə sallanma, sümük ağrısı, baş ağrısı, çənə nahiyəsində( qulağın önündə) ağrı, dişlərdə qırılma, dişlərin çeynəmə funksiyasında aşılanma gəlir. Bu rahatsızlıqlar hər zaman məsum səbəblərlə ortaya çıxır. Bruksizm ilə bağlı aparılan araşdırmalarda bu xəstəliyə allergik uşaqların üç qat daha artıq məruz qalması ortaya çıxıb. Bütün dişlər çeynəmə funksiyası aparmaq üçün ağzımızda mövcuddur. Fəqət Bruksizmdə fərq nədir ki, dişlərimiz aşılanmağa, laxlamağa və hətta düşməyə doğru gedir? Bu sualın cavabı əslində sualın öz içindədir. Dişlər gün boyu danışarkən, çeynəyərkən, udqunarkən bir- biri ilə təmasda olur. Vaxt etibari ilə bu, saniyələr və dəqiqələr çərçivəsindədir. Fəqət bir Bruksizm xəstəsi gün ərzində, yatanda və ya oyaq olanda, saatlarla dişlərini sıxır və bu da dişlərə qaldıra biləcəyindən daha artıq yükləmə mənasını verir. Butəhlükə sadəcə dişlər üzərində deyil, çənə ətrafında və çənəni əhatə edən sümük üçün də keçərlidir. Bu prosses bizi ömrümüz boyunca sıxıntısını çəkəcəyimiz bir mərhələyə doğru sürükləyir.

Nə qədər stress o qədər bruksizm

Elə isə, biz nə etməklə bu mərhələni keçə bilərik? Bu problemi həll etməyimiz üçün ilk növbədə peşəkar bir diş həkiminə müraciət etməyimiz şərtdir. Sonra həkimin təyin etdiyi müalicə formasını dəqiqliklə yerinə yetirməliyik.

Bruksizm müalicəsi adətən “gecə qoruyucus” deyilən, çənə daxilimizə yapışdırılan, Bruksizm şiddətinə məruz qalan dişlərimizi , damağımızı və hər şeydən önəmlisi sağlamlığımızı qorumağa xidmət edən bir qalxandan ibarətdir.

Bu qalxan şəffaf, xəstədən alınan ölçülərlə, fərdi, hər şəxsə özəl laboratoriya ortamında düzələn bir qurğudur.   Laboratoriya məhsulu olan bu vasitə həkimin əlinə keçib həkim tərəfindən son istifadə müddəti olan bir hazırlıq prossesi keçdikdən sonra da xəstənin çənəsinə taxılıb dişləri zərbələrdən mühavizə edir.  Qalxanla yanaşı, daha sonrakı zamanlarda medikasyon və daha ciddi vəziyyətdə cərrahi müdaxilə qaçılmazdır. Fəqət bu vəziyyət nadir rast gəlinir.  Nəticə etibari ilə çox bəsit bir müalicəsi olan bu böyük bir problemi təxirə saldığınız halda bu problemlə ömür boyu yaşama vəziyyətiniz mövcud ola bilər.

 

19 may 2016
GO BACK