Bronxial astma-xroniki xəstəlikdir. Ağırlıq dərəcəsinə görə müxtəlif olur. Yüngül öskürmə formasından başlamış, həyatı təhlükə altına alan ağır boğucu öskürmə formalarına qədər davam edir. Öskürmə zamanı bronx və bronxiollar daralır,döş qəfəsi sıxılır, tənəffüs çətinləşir. Ağciyərlərdə havanın ventilyasiyası çətinləşir.
Xəstəliyin müalicəsində istifadə olunan xalq təbabəti üsulları:
- 1 çay qaşığı sürvə (adaçayı) yarpağı 0,5 litr qaynar suda dəmlənir.10 dəqiqədən sonra süzülərək gündə 2-3 stəkan içilir.
- Andız otu əzilərək balla qarışdırılıb yeyilir.
- Soğan bal ilə qarışdırılaraq gün ərzində yeyilir.
- 50 qr qaraçörəkotu yağı 10 qr rozmarin yağı ilə qarışdırılır və qarışıqdan gündə 2 dəfə yarım çay qaşığı daxilə qəbul edilir.
- 3 litr südün zərdabı üzərinə 1 stəkan bal və 100qr xırdalanmış andız kökü əlavə edilərək qarışdırılır. Gündə 3 dəfə 0,5 stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.
- Dağ kərəvizi yarpağı südlə birlikdə qaynadılır və içilir. Kətan toxumu dəmlənərək həmin qarışıqdan sonra içilir.
Əzizlərim, eyni zamanda sizlərə "Herba Flora" şirkətinə məxsus "Teabronx" çayını içməyi məsləhət görürəm. Təbii bitkilərdən ibarət olan bu çay paketləri sizin köməyinizə gələ bilər. Hər birimizə sağlamlıq diləyirəm.