QANDA ŞƏKƏRİN normasını taraz vəziyyətdə saxlamaq üçün ilk növbədə , mədəaltı vəzin qeydinə qalmaq lazımdır.Bunun üçün ilk növbədə şirniyyat məmulatları , ağ unun çörəyindən tamamilə uzaqlaşmaq lazımdır.Qəndin əvəzinə baldan istifadə etmək olar. Payızın axır aylarında, turş narın yaxşıca yetişən vaxtı, onun suyunu içmək vacibdir.Başqa meyvələrin də suyunu içmək olar.
OYNAQLARDAKI AĞRILARIN qarşısını almaq üçün hər gün, gündə 2 dəfə səhər yuxudan duran kimi , axşam yatmazdan yarım saat qabaq yağsorma əməliyyatını həyata keçirmək lazımdır. 1 xörək qaşığı sulu yağı ağzına alıb, 15-20 dəqiqə dişlər arasında saxlayıb, sonra tüpürmək lazımdır. Tüpürəndə yağ süd rəngində çürümüş halda olmalıdır. Yağsorma müalicə üsulunu nece yerinə yetirmək qaydaları yuxarıda tam təfsilatıynan açıqlaması verilmişdir.
Hər gün gündə 2 dəfə , 1 stəkan suya , 2 çay qaşığı bal əlavə edib, içmək lazımdır.
İldə 1 dəfə, 10-15 gün ( yaz fəsli olsa , lap yaxşı olar) qaymaqsız, inək və ya keçi südünün qatığı, şoru, pendiri , ayranı yemek, südü isə hər səhər 1 stəkan səhər – səhər acqarnına , qaynar-qaynar içmək lazımdır. Bu 10-15 gündə , göy-göyərti də yemək olar. əgər bu 10-15 günü çörəksiz yola verə bilsən lap yaxşı olar.
XƏRÇƏNG XƏSTƏLİYİNİN qarşısını almaq üçün vaxtaşırı kök , boranı, qoz-findıq, itburnu, qirmizi rəngli şirin bibər, kələm, pomidor, qara-qarağat, buğda yarmasının hədiyi, limon , soğan, sarımsaq və tomat soklarından istifadə etmək vacibdir.
OSTEOPOZUN- sümüklərin kövrəlməsinin qarçısını almaq üçün , hər gün yağsız, şit şor, qatıq, yumurta qabığının tozu ( kalsium ilə təmin etmək üçün ) qəbul etmək olar. Çalışmaq lazımdırki, tez-tez ( səhərlər saat 11.00-a , axşamlar saat 6-7-dən sonra) günəş şüasını qəbul edəsən.. bədəni D vitaminiynən təmin etmək üçün.
ƏLAVƏ MƏSLƏHƏTLƏR. Adətən, insanlarda mədə turşusu qıtlığı hallarına rast gəlmək olar.Belə hallar əsasən 50, 60 və bəzi hallarda 70 yaşından sonra, özünü müəyyən səbəblər üzündən biruzə verir. Ona görə də, orqanizmdə turçuluğun səviyyəsini tarazlaşdırmaq üçün ildə 2 dəfə , yəni hər 6 aydan bir, 1 kurs 30 dənə vitamin B12 vurdurmaq lazımdır. Ya da , hər səhər yuxudan duran kimi 50 qram , yəni 1 qurtum hər kəs öz sidiyini içə bilər.