Qadin.NET / Eşitmə qüsurları

Eşitmə qüsurları

Eşitmə qüsurları

Son dövrlərdə dünyada bir çox xəstəliyin çarəsi tapılsa da anadangəlmə eşitmə qüsurunun həlli, yəni "koxler implant''-ın tətbiqi ilə bu problemin aradan qaldırması tamam başqa bir hal böyük hadisədir. Bu eşitmə qüsuru olan, uşağın cəmiyyətdən təcrid olunmasının, əlil olmasının qarşısının alınmasıdır. Bu gün ən böyük problemlərdən biri eşitmə qüsuru olan uşaqların gec aşkarlanmasıdır. Yəni valdeynlər bu hallarla bağlı mütəxəssislərə çox gec müraciət edirlər. Lakin körpəlik dövründə şüphəverici narahatlıq biruzə verdikdə mütəxəssisə müraciət edərək vaxtında "Xüsusi Təlim Reabilitasiya" mərkəzi eşitmə əngəlli şəxslərə "Dəstək Təlim" proqramı tətbiq olunaraq bütün narahatlıqları və şüphələri aradan qaldırmaq mümkündür. Dəstək təlim proqramında terapiya müddəti təyin edilir və ardıcıl olaraq

1) Hiss etməni artırma (taxmaq, keçirmək, sökmək və s.)

2) Təxmin etmə və problemi həll etmə bacarğının aktivləşdirmək (təxəyyül analizini artırmaqla eyniləşdirməni və fərqləndirməni öyrənməklə)

Eşitmə qüsurları

3) Eşitmə və görmə bacarığını aktivləşdirmək üçün (şəkilli kartlarla sözün izahı, fərdin yaş xüsusiyyətinə uyğun musiqi ilə cümlənin izahı, səsi əks edən vəsaitlər, kompüter dəstəyi ilə təlim praqramı)

4) Fonometik qavrama, fonometik səslər üzərində işləmə, fonometik səslərin aydınlaştırılması, kampüter üsulu ilə uşaqlarda analiz və fonometik səslərin qavranılması tətbiq olunur.

5) Nitqdə danışma və danışılan dilin qaydaya uyğun inkşafı üzərində iş.

 Eşitmə qüsurları

6) Qavramanı artırma

7) Əl bacarığını formalaşdırmaq

8) Loqopedik masaj

9) Dil gimnastikaları və s.

Seans müddətində tətbiq edilir.

Defektoloq-Loqoped Esmira Şakirqızı

6 may 2016
GO BACK