Qadin.NET / Antibiotiklərdən əvvəl həyat necə idi?

Antibiotiklərdən əvvəl həyat necə idi?

İnsanlığın "antibiotik qıyamətinin" eşiyində ola biləcəyi deyilir. Bugün nadir olan xəstəliklərin yenidən görüldüyü, təmasla bulaşan infeksiyaların insanları öldürəbildiyi, üzlərin çox daha sızanaqlı olduğu bir gələcək gözləyir insanlığı?

Elm adamları hər cür antibiotikə müqavimətli bir bakteriya tapdılar. Bu bakteriya, müdafiə bacarıqlarını digər mikroblara da köçürə bilər.

Və beləcə dərmana müqavimət dünya səviyyəsində yayıla bilər və bilinən infeksiyalar yenidən müalicə edilə bilməz hala gələ bilər.

Antibiotiklərlə əlaqədar işə qatılan, Cardiff Universitetindən Prof. Timothy Walsh, BBC-yə etdiyi şərhdə "Artıq problem, qlobal səviyyədə dərmana müqavimətin olub olmayacağı deyil, bunun nə zaman baş göstərəcəyidir", deyir. Və bu vəziyyətin insanlığı antibiotiklərin kəşf edilməsindən  uzun zaman əvvəl yerinə gətirə biləcəyi ifadə edilir.

Antibiotikin kəşfindən əvvəl həyat necə idi?

Hal-hazırda təmas yolu ilə keçən infeksiyalara yol açan bakteriyalar, yalnız sadə bir klinik səfəri və müəyyən bir müddət antibiotik müalicəsi tələb edir.

Keçmişdə isə  bu xəstəliklər ümumiyyətlə müalicə edilə bilmir və ölümcül ola bilirdi. Xəstəlik adamı öldürmədən əvvəl də qorxunc fiziki pozulmalara səbəb ola bilirdi.

Antibiotiklərdən əvvəl həyat necə idi?

Antibiyotiktən əvvəl vərəm xəstəliyinin ənənəvi müalicəsi də açıq və təmiz havaydı.

Əsasən  ağciyərləri hədəf alan, amma bədənin digər bölgələrini də, məsələn, ifrazat vəzlərini, sümükləri və sinir sistemini məhv edən vərəm, İngiltərədə bol idi  və mikrob, asqıran öskürən insanlarla sürətlə yayılırdı.

Vərəmin indiki vaxtda nadir bir xəstəlik halına gəlməsi, antibiotiklər sayəsində oldu.

Əvvəllər bir kağız kəsiyi belə öldürüldü. Əslində infeksiyaya yol açan hər hansı bir şey ölümcül ola bilirdi.

Buna hər cür əməliyyat da daxil idi.

Və gələcəkdə, eynilə keçmişdə olduğu kimi bədənin sağalabilməsi üçün müqavimətini artırmaq məqsədiylə antibiotik verildiyi hallar daha təhlükəli olacaq. Məsələn, xərçəng müalicəsində, kemoterapi və radyoterapi.Ya da orqan nəqlləri kimi, immunitet sisteminin antibiotiklərlə basdırılması lazım olan hallarda.Antibiotiklərin kəşfindən əvvəl doğum etmək də, çox daha təhlükəli idi. 1930-cu illərə qədər ana və körpə ölümləri davam etdi. Daha sonra sürətlə azalmağa başladı.

Gələcək üçün ümid varmı?

Əlbəttə. Çünki insan, qərarlı və ağıllıdır. Dərman şirkətləri yeni antibiotiklər inkişaf etdirməyə çalışırlar.

Ancaq bu, deyildiyi qədər asan bir iş deyil. 1980-ci illərdən bu yana yeni bir qrup antibiotik kəşf edilməmişdir.

Bununla birlikdə, bakteriyalarla mübarizə aparmaq üçün başqa dərmanlar da ola bilər. Elm insanları böcəklərdən orqanik kombinasiyalar meydana gətirməyə çalışır.

Antibiotiklərdən əvvəl həyat necə idi?

Hətta nanotexnologiya ehtimalı belə söz mövzusu ola bilər. Yəni son dərəcə kiçik cihazlar bədənə yerləşdirilərək bakteriyalarla bir-bir mübarizəyə girişəbilir. Və ayrıca fermaçılarla  həkimlərin da, qlobal səviyyədə edə biləcəkləri dəyişikliklər ola bilər.

Avropa, ferma heyvanlarına, böyümələrini artırmaq üçün antibiotik verilməsini qadağan etdi. Amma bu tətbiq dünyanın başqa yerlərində hələdə davam etdirilməkdədir.Çində antibiotiklərə müqavimətli bakteriyaların çıxmasının bir səbəbi də budur.

Həkimlər, şəkər paylayar kimi, reseptlərə antibiotik yazmamaları üçün böyük təzyiq altındadırlar.

Əvvəlki illərdə soyuqdəymə kimi viruslarla keçən yoluxucu  xəstəliklərdə  antibiotiklər bir işə yaramadığı halda, bəzi həkimlər xəstələrə bu dərmanları verirdi.

Bizlər də tutumumuzu dəyişdirə bilərik. Antibiotik müalicəsinə başladığımızda, özümüzü yaxşı hiss etsəkdə həkimin verdiyi müalicəni başa çatdırmaq lazımdır.

Bu, bakteriyanın inkişaf etməsində  maneə törətməkdə həqiqətən də faydalıdır.

Gələcəkdə dərmana müqavimətli bakteriyaların bədəninizə girməsini istəmirsinizsə, təmizlik qaydalarına diqqət etmək də şərtdir.

Tez-tez əl yumaq lazımdır. Xüsusilə də, yemək hazırlayarkən.

10 yanvar 2016
GO BACK