Ayaqlara qulluq edərkən heç bir iti alətdən istifadə etmək olmaz. Dırnaqları iti qayçıyla kəsərkən ehtiyatlı olun! Dırnağı lap dibindən tutmaq olmaz. Yaxşı olar ki, yegciklə (pilka) ilə işləyəsiniz. Əgər ayaqlar üşüyürsə, isti buxar və ya elektrik qızdırıcıları ilə ayaqları isitmək, çox isti suya salmaq qəti qadağandır. Çünki ayaqlarda hissiyat azaldığından xəstə istiliyi yaxşı hiss etmir və nəticədə yanıq əmələ gələ bilər. Ayaqyalın gəzmək olmaz! Corab geyinmək daha məqsədə uyğundur. Qaytanı sıx olan corabı geyinməyin, çünki ayağı sıxaraq qan dövranı prosesində cətinlik yaradır . Əgər ayaqlarda döyənək varsa onu kəsmək, deşmək, dabandaşı ilə surtmək olmaz! Doyənək yaranmaması üçün ayaqqabını bir ölçü böyük geyinmək lazımdır. Ayaqlardakı döynəyi (mazolu) aparmaq üçün ən yaxşı vasitə apteklərədə satılan pemzadır (sungər daşı). Ayaqları yuduqdan sonra ehtiyatla qurulayın. Xüsusi ilə barmaqların arası yaxşı qurulanmalıdır ki, nəm qalmasın. Əks təqdirdə gobələk xəstəliyi yarana bilər. Bunun üçün apteklərdə satılan xüsusi kremlərdən istifadə etmək lazımdır. Ayaqqabını geyinməmişdən əvvəl onun içini yoxlamaq lazımdır ki, ayağı incidəcək heç nə (daş parçası, şuşə qırığı) olmasın.
Hər gün pəncəni yoxlamaq lazımdır. Belə ki, cızıq və ya yara nə qədər tez aşkar olunarsa, mualicə etmək bir o qədər asan olar. Urək və damar xəstəliklərindən qorunmaq üçün profilaktik tədbirlər aparmaq lazımdır. Bunun üçün qanda umumi xolesterinin miqdarı 5.2 mmol/l-dən çox olmamalıdır. Qan təzyiqinin yuxarı həddi 140-dan aşağı, aşağı həddi isə 85-dən yuxarı olmamalıdır.
Fəsadların qarşısını almaq olar!
Sonda onu da qeyd etməliyik ki, diabetin fəsadlarının qarşısını almaq mümkündür. Əgər xəstədə bu və ya digər fəsadın əlaməti aşkar edilərsə, dərhal onun artmasının qarşısı alınmalıdır. Təkrar etmək vacibdir ki, bunun üçün ilk novbədə xəstənin üz sağlamlığına muntəzəm nəzarəti zəruridir. Qanda və sidikdə şəkərin miqdarına, bədən cəkisinə nəzarətdən başqa hansı gostəricilərə diqqət yetirmək və hansı mutəxəssislərlə məsləhətləşmək lazım olduğunu aşağıda bir daha qeyd edirik:
Qlikohemoqlobin (HbA1c);
Qanda xolesterinin səviyyəsinə nəzarət (lipid mübadiləsinin digər göstəricilərini də yoxlamaq yaxşı olardı);
Arterial təzyiq;
Sidikdə zülal;
Göz həkimi; (okulist)
Ayaqlara, xüsusilə də pəncəyəyə nəzarət.
Bu gostəriciləri ildə bir dəfədən az olmayaraq yoxlamaq (mümkün olarsa, qlikohemoqlobini 4-6 aydan bir yoxlayın) lazımdır.
Əgər bu və ya digər problem aşkar edilərsə yubanmadan həkimə muraciət etməli, həkimin təyinatını yerinə yetirməli və ozunənəzarəti gucləndirmək lazımdır.